2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Şoyqu yoxa çıxıb: Rusiya mediası naziri axtarır

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu publik məkanda martın 11-dən bəri görsənmir. Yəni, Ukrayna ilə 28 gündür davam edən müharibənin son 12 günündə jurnalistlər ondan xəbər tuta bilmirlər. Birinci olaraq buna “Mediazona” nəşrinin əməkdaşları diqqət yetiriblər. 

Bunun ardınca “Aqentstvo” teleqram-kanalı araşdırıb ki, müdafiə naziri sonuncu dəfə xəbər proqramlarında həqiqətən də martın 11-də göstərilib. Orada Şoyqunun türkiyəli həmkarı Hülusi Akarla telefonla danışdığı və eyni gündə hərbi xəstəxanaya baş çəkdiyi bildirilib.

Həmin tarixdən rəsmi məlumatlarda Şoyqunun adı yalnız bir dəfə Kremlin saytında çəkilib. Xəbər verilib ki, hərbi nazir prezident Putinin “Ukraynada xüsusi əməliyyatın gedişini” müzakirə etmək üçün Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi müşavirədə olub. Ancaq müşavirədən video və fotomateriallar qoyulmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni axşam “Birinci kanal” Şoyqunun fərqlənən döyüşçüləri mükafatlardırması barədə bir xəbər də yayıb. Materialda hadisənin “bu gün” baş Verdiyi söylənilsə də, videosujet Müdafiə nazirliyində 7 gün əvvəl baş vermiş mükafatlandırma mərasimindən göstərilən kadrlarla tam üst-üstə düşüb. 

Həmişə mediada fəal olan və öz publik simasına böyük diqqət yetirən Rusiyanın müdafiə naziri hara yoxa çıxıb?

Şoyqunun yaxın ətrafında onun xəstələndiyi – ürəyində problemlər olduğu haqda danışırlar. Bunu “Aqentstvo”ya nazirin tanışlarından biri söyləyib. Jurnalistlər Müdafiə nazirliyindən deyilənlərlə bağlı operativ şərh ala bilməyiblər — idarənin saytında mətbuat xidmətinə aid telefonlardan heç biri zənglərə cavab verməyib. “Aqentstvo” məsələyə aydınlıq gətirmək üçün prezidentin mətbuat katibi Dmitri Peskova sorğu göndərib. Ancaq o da sorğuya reaksiya verməyib.

Rusiyanın ordu rəhbərlərindən “İtən” tək Şoyqu deyil. Martın 11-dən bəri Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovun iştirakı ilə keçirilən tədbirlər barədə də mediada heç nə yoxdur. KİV-lər onun haqqında sonuncu məlumatı martın 11-də veriblər, Gerasimovun türkiyəli həmkarı Yaşar Gülərlə telefonla danışdığını yazıblar. 

24 saat” “Şoyqu yoxa çıxıb: Rusiya mediası naziri axtarır” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button