Loading...
Loading...
ÖLKƏDünya

Şoyqu Zelenskiyə görə mədəniyyət nazirinə müraciət edib

O bu məktubda Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyanın “mədəniyyət gündəliyindən” çıxarılmasını xahiş edir

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiyanın mədəniyyət naziri Olqa Lyubimovaya məktub göndərib.

O bu məktubda Ukrayna prezidenti Volodimir Zelenskinin və ukraynalı rejissor Aleksandr Rodnyanskinin Rusiyanın “mədəniyyət gündəliyindən” çıxarılmasını xahiş edir.

Volodimir Zelenski prezident seçilənədək aktyor və şoumen kimi tanınırdı.

Şoyqunun sözü gedən məktubunu Mediazona və The Insider saytları dərc ediblər.

Saytlar bildirirlər ki, məktubu onlara Mədəniyyət Nazirliyinə yaxın mənbə göndərib.

Məktubda deyilir:

“Sözü gedən şəxslərin indiki zamanda populyarlaşdırılması ölkə rəhbərliyinin və Müdafiə Nazirliyinin qəbul etdiyi qərarların yerinə yetirilməsinə xidmət etmir”.

2019-cu ildə Ukrayna prezidenti seçilmiş Zelenski 2000-2010-cu illərdə o cümlədən Rusiyada çəkilmiş bir sıra filmlərdə iştirak edib.

O habelə “Svatı” (Elçilər) serialının prodüseridir. Bu serial son vaxtlaradək Rusiya televiziyası ilə nümayiş etdirilirdi.

Rusiya-Ukrayna prodüseri Aleksandr Rodnyanski Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı çıxıb.

Rodnyanski “Stalinqrad”, “Leviafan” “Məskun ada”, “9-cu taqım” kimi həm də müharibə mövzulu filmlərə prodüserlik edib.

Prodüser bir çox kino festivallarının münsiflər heyətinə daxil olub.

Bundan başqa o STS telekanalına rəhbərlik edib və 1+1 telekanalını yaradıb.

24 saat” “
Şoyqu Zelenskiyə görə mədəniyyət nazirinə müraciət edib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Putin 'hərbi cinayətkar' kimi mühakimə oluna bilərmi

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button