2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Söyüş ağrıkəsici vasitəsi kimi?

“The Daily Mail” yazır ki, alimlər söyüş söyməyin fiziki ağrıya dözümü artırdığını müşahidə ediblər.

Ekspertlər deyirlər ki, ağrı zamanı ona söyüşlə reaksiya verənlər ağrıya, nəzakətlərini itirməyənlərlə müqayisədə iki dəfə daha uzun müddətdə dözə bilirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Məqalədə deyilir ki, britaniyalılarda ağrıya söyüşlə reaksiya vermək hardasa mədəniyyətin bir hissəsidir.

Buna görə də Keele və Mərkəzi Lancashire universitetlərinin alimləri öz təcrübələri üçün könüllü iştirakçıları təkcə britaniyalılar yox, həm də çox nadir hallarda söyüş söyən yaponlar arasından seçiblər.

Könüllülərdən əllərini dondurucu suya salmaq xahiş edilib.

Könüllülərin bir qrupundan bu proses vaxtı söyüş söymələri istənib. İkinci qrupa daxil olanlar isə buzlu suyun ağrısına söyüşsüz dözməli idilər.

Britaniya söyüşcülləri əllərini son dərəcə soyuq suda 78, 8 saniyə saxlaya biliblər. Söyüş söymənlərin dözümü yalnız 45, 7 saniyəyə çatıb.

Məcburən söyüş söyən yaponlar əllərini suda 55. 6 saniyyə saxlaya biliblər. Söyüş söyməyən yaponlar üçün bu göstərici cəmi 25. 4 saniyə olub.

Alimlər Skandinaviyada çıxan Journal of Pain (Ağrl jurnalı) məcmuəsində yazırlar ki, söyüşcül britaniyalılar və söyüş söyən yaponlar ayrı mədəniyyətlərdən olsalar da, söyüş onların ağrıya dözümünü artırıb.

Ekspertlər deyirlər ki, söyüş kəskin ağrılar zamanı pasientlərin vəziyyətini yaxşılaşdıra bilər.

Nəzəriyyələrdən birinə görə söyüş “ölüm-dirim” təhlükəsinə reaksiyanı artırır və orqanizmdə dəyişikliyə səbəb olur. Söyüş söyən adamlarda ürək döyüntüsü və əzələ gərginliyi artır ki, bu da ağrının kütləşməsində rol oynayır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button