2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Söyüş kampaniyası”nda maraqlı şəxslər var – VİDEO

Hakimiyyətlə mühacirlər arasında anlaşma əldə olunması və “Diktatoru tanıdaq” aksiyasının dayandırılması kimlərə sərf etmir?

“Ötən həftə hakimiyyətə siyasi məhbuslara görə bir jest edərək qərar verildi ki, Əliyevlərin şəkilləri (Diktatoru tanıdaq aksiyası) martın sonuna qədər Avropada küçələrə asılmasın. Söyüş, təhqirlər və sair olmasın, olsa, qınansın. Və hakimiyyətdən Novruz bayramında siyasi məhbusları azad etməsi istənilsin. Qərara uyğun olaraq da proses dayandırıldı. Lakin görün nə baş verir?”

Az24saat.org xəbər verir ki, bunu mühacirətdə olan jurnalist Fikrət Hüseynli yazıb. O əlavə edib ki, bu aksiya dayanan kimi, Prezident Administrasiyasından İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova yaxın nə qədər “qəzetçi”, jurnalist varsa, mühacirləri hədəf seçiblər:

““Səs” qəzetinin baş redaktoru isə hər şeyini satıb siyasi mühacirləri tapıb öldürməklə hədələyir. O qədər qızışıb ki, hətta küt beyninə çatmır ki, Avropaya səfər üçün özünü satışa çıxartmağa ehtiyac yoxdu. Viza alıb 10 manat verib Tbilisə, 200 manat da xərcləyib Kölnə uçsa, arzusuna çatar. Və siyasi mühacirlərə qarşı başlayan bu yeni savaş onu göstərir ki, Əli Həsənova və PA-dakılara İlham Əliyevi söydürmək sərf edir. Belə olmasa idi, siyasi mühacirlərin jestini dəyərləndirib, ən azı siyasi məhbusların azadlığa çıxmasına çalışardılar ki, bu qarşılıqlı ittiham, tənqid, təhqir və hədə ritorikasına son qoyulardı. Amma onlar bunu istəmirlər”.

Saytların yığılması Saytlarin yigilmasi
Fikrət Hüseynlinin statusundan çıxarış
Fikrət Hüseynli
Fikrət Hüseynli

24saat.org ““Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev “siyasi mühacir”lərə şərəf dərsi keçdi” başlığı ilə YouTube videoportalına yerləşdirilən videonu təqdim edir.


Qeyd edək ki, Milli Məclisin iclasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov da hamını birhə mübarizəyə səsləyərək, söyüşə sğyüşlə cavab verməyin vacib olduğunu demişdi:

“Əgər bizə söz deyilirsə, biz onlardan 20 dəfə artıq deməliyik. Başa düşsünlər ki, onlar bizimlə qarşı-qarşıya gəlmək gücündə deyillər. Onlarınkı yalnız söyüşdür. Söyüş söyürsə, qarşılıqlı cavabını verməliyik”.

S.Novruzov hətta müdia nümayəndələrini də bu kampaniyaya qoşulmağa çağırmışdı:

“Ulu öndər Heydər Əliyev mətbuat üzərindən senzuranı ləğv etdi, qəzetlərin borcu bağlandı, bu gün Prezident İlham Əliyev mətbuata böyük diqqət göstərir, jurnalistlərə ev verilir, qəzetlərə maliyyə yardımı edilir. Onlar da öz fikirlərini bildirməlidir ki, təhqir etmək olmaz”.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button