2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Sözlər və rəqəmlər arasında uçurum

2016-cı ilin payızından çörək qiymətləri 25 faiz artsa da, unun qiyməti 16,4 faiz ucuzlaşıb

Saytların yığılması Saytlarin yigilmasi

Ötən cümə Milli Məclis 2016-cı il üçün Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabatı təsdiq edib.

Hesabatdan belə çıxır ki, 2014-2015-ci illərdə yoxsulluq səviyyəsi azalaraq, 49%-dən 4,9%-ə enib. 2016-cı ildə real ÜDM-in həcminin azalması, inflyasiya səviyyəsinin artması əhali arasında yoxsulluq göstəricisinin 1% artaraq 5,9%-ə çatmasına gətirib çıxarıb.

Böhrana qədər də cəmiyyətdə yoxsulluq haqqında göstəricilərə inanmırdılar. Rəsmi statistika məsələlərində hakimiyyətin bütün qollarının hazırki birliyi isə göstərdi ki, heç kimə inanmaq olmaz. Reallıqda manat iki dəfə ucuzlaşıbsa, əsas malların qiymətləri təxminən 50% bahalaşıbsa, ÜDM iki dəfədən çox azalıbsa, əməkhaqqı və pensiyalar təxminən ancaq 15% artıbsa, necə inanmaq olar? ÜDM-in iki dəfə düşməsi mütləq olaraq istehsalatların, xidmət təşkilatlarının bağlanmasına, iş yerlərinin azalmasına səbəb olub ki, bu da göz önündədir.

Azərbaycanlıların əksəriyyəti bu il Novruz bayramını ərzaq məhsullarının yüksək qiymətinin yaratdığı ağır yüklə qarşılayır və bir çox insanlar ənənəvi şirniyyatın – bayram masası atributlarının bişirilməsindən imtina edir.

2015-ci il fevralın 21-də manatın devalvasiyası başladıqdan bəri mal əti 69,2%, qoyun əti 15,7%, toyuq əti 42,8%, kərə yağı 86%, qarğıdalı yağı 67,3%, marqarin 54,5%, yumurta 66,6%, şəkər tozu 44,4%,  şəkər 28,5%, duz 36,6%, süd 16,6%, xama 25%, qatıq 34,6%, pendir 22,4%, xiyar 22,5%, pomidor 40% bahalaşıb. Quru meyvələr də xeyli bahalaşıb – qoz 50%, fındıq 40%, badam 22%, kişmiş 50%, qaysı qurusu 50%, qara gavalı 40%, alça 40%.

Qəribədir ki, ötən ilin payızından çörək qiymətləri 25% artsa da, unun qiyməti 16,4% ucuzlaşıb. Bu fantasmaqoriya elə hazırki hökumət siyasəti sahəsinin əks-sədasıdır. 

Nəzərə almaq lazımdır ki, 2015-ci ilin fevralında manatın devalvasiyasına qədər orta statistik ailənin xərclərinin ən az 50%-i ərzağa gedirdi. Bu, Dövlət Statistika Komitəsinin məlumatıdır, rəqəmləri kiçildilmiş hesab etmək lazımdır, belə ki, bu orqan ailələrin gəlir və xərcləri strukturu haqqında belə məlumatları açıqlamır.

İqtisadi nəzəriyyəyə əsasən, ailələrin ərzaq xərclərinin payı nə qədər çoxdursa, əhali bir o qədər yoxsuldur.

Hətta ən firəvan illərdə belə Azərbaycan ən yoxsul ölkələr sırasında idi, bu da artıq ciddi böhran statusuna dəlalət edir. Bu vəziyyət 2012-ci il martın 9-da biznesinfo.az saytında dərc edilmiş “Azərbaycan – ailələrin qida xərclərinin payına görə dünya lideri” məqaləsində çox yaxşı təsvir olunub.

Məqalədə deyilir ki, ABŞ Kənd Təsərrüfatı Departamenti yanında İqtisadi Araşdırmalar Xidməti (USDA) tərəfindən hazırlanmış və 114 ölkəni əhatə edən 2012-ci il üçün “Cross-Price Elasticities of Demand” hesabatına əsasən, dünyada ən çox (xərclərinin 73,5%-i) məhz Azərbaycan ailələri yeməyə pul xərcləyir. Ən çox yayılmış qida xərcləri – çörək və taxıl məhsulları (39,5%), ət (14,4%), meyvə və tərəvəz (13,04%), heyvan və bitki mənşəli yağlardır (10,22%). Bu siyahıda Azərbaycandan sonra ikinci yerdə Tanzaniya gəlir. Orada ailələr yeməyə xərclərinin 73,24%-ni xərcləyirlər. Üçüncü yerdə 72, 97% göstərici ilə Nigeriyadır. ABŞ-da ailələr xərclərinin cəmi 9,72%-ni, Gürcüstanda 47,38%-ni, Rusiyada 34,34%-ni, Türkiyədə 32,60%-ni yeməyə xərcləyirlər.

DSK-nin məlumatına görə, 2012-ci ilin birinci yarısında ticarət şəbəkələri tərəfindən əhaliyə 7,6 mlrd. manat məbləğində istehlak malları satılıb. Burada əhalinin xərclərinin 61,4%-i ərzağın, qalan hissəsi isə qeyri-ərzaq məhsullarının payına düşür. Ümumilikdə əhali gəlirlərinin 67,5%-ni son istehlaka, 8,2%-ni vergilərə, sosial sığorta və könüllü ödəmələrə, 22,6%-ni isə kapital və yatırımlarının artırılmasına yönəldir.

foto Turan İA
foto Turan İA.

International Research Group Business Insight (BI) beynəlxalq araşdırma şirkəti 2010-cu ildə Azərbaycan şəhərlərinin əhalisinin həyat tərzinin araşdırılması üzrə sorğu keçirib. Sorğunun nəticələri göstərib ki, ölkə üzrə orta gəlir 495 manat təşkil edib. Təəssüf ki, DSK ölkədə ailələrin gəlir və xərclərinin həcmini açıqlamır.

Ümumilikdə, müqayisələr göstərir ki, Azərbaycanda ailələrin gəlirləri ABŞ-da olduğundan orta hesabla 5, inkişaf etmiş Aİ ölkələrində olduğundan 7,7 dəfə azdır. Amma Azərbaycanda orta statistik ailəyə 4,5 nəfər düşdüyünü nəzərə alsaq (onların orta hesabla ikisi işləyir), sıravi ailənin illik gəliri 4,4 min dollar, illik xərcləri isə 5,06 min dollar təşkil edir. ABŞ-da sıravi ailənin illik gəliri 21 min dollar, xərcləri isə 38 min dollar təşkil edir. Almaniya, Böyük Britaniya və Finlandiya kimi ölkələrdə orta statistik ailələr illik 34 min dollardan çox qazanır. Məhz buna görə bu ölkələrdə istehlak xərclərinin strukturu Azərbaycandan fərqlənir. USDA araşdırmaları da bunu göstərir.

Manatın iki dəfə devalvasiyasından sonra əminliklə demək olar ki, dollarla ifadə etdikdə inkişaf etmiş ölkələrdə gəlirlə Azərbaycanda gəlir arasındakı fərq iki dəfə artıb.

Nominal ÜDM göstəriciləri də bunu göstərir. BMT-nin təsnifatına görə, 2014-cü ildə o, adambaşına ən yüksək 8055 dollar həddinə çatıb, orta dünya səviyyəsinə çatmadan, böhran nəticəsində 2016-cı ildə 3701 dollara qədər düşüb. Bu, Gürcüstandakı səviyyə ilə eyni və Ermənistandakı göstəricidən bir qədər yüksəkdir.

Bundan o tərəfi yoxdur. Hazırki “vəziyyətin sabitləşdirilməsi və böhrandan çıxış” siyasəti davam etdirilərsə, əvvəlki, hətta orta sosial-iqtisadi göstəricilərə qayıdış yolu uzun və əhalinin boyük hissəsi üçün iztirablı olacaq, amma sıravi vətəndaşların adi həyatından təcrid olunmuş yüksək təbəqə üçün yox. 2016-cı ildə islahatların yol xəritəsində təklif olunmuş hökumətin addımları və ölkə rəhbərliyinin hazırki ritorikası yaxşı heç nə vəd etmir. 

24saat.org

MƏNBƏ

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button