Loading...
Loading...
Xəbərlər

S&P iqtisadi artımın perspektivlərini qiymətləndirib

Bakı/22.01.22 S&P Global Ratings Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın yerli və xarici valyutada emitent defoltunun uzunmüddətli reytinqlərini “BB+ / B” səviyyəsində təsdiq edib.

Agentliyin məlumatında deyilir ki, reytinqlər üzrə proqnoz “sabit” təsdiqlənib.

S&P analitikləri hesab edirlər ki, Azərbaycanın büdcə və xarici fiskal mövqeləri “BB” kateqoriyasında qiymətləndirilən suveren dövlətlər arasında ən güclü mövqelərdən biri olaraq qalır. Hökumətin sərəncamında 2025-ci ilə qədər ümumi daxili məhsulun orta hesabla 70 faizi səviyyəsində proqnozlaşdırılan əhəmiyyətli likvid dövlət aktivləri var.

Agentliyin proqnozlarına görə, ortamüddətli perspektivdə Azərbaycanın dövlət borcu ümumi daxili məhsulun 30 faizindən aşağı olacaq.

Hazırda neftin əlverişli qiymətləri Azərbaycanın maliyyə vəziyyətini və tədiyə balansını da dəstəkləyir, məlumatda deyilir.

S&P-nin qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycan iqtisadiyyatının artımı 2,7 faiz  təşkil edəcək (2021-ci ildəki 5,6 faiz güclü bərpadan sonra).

Lakin 2023-2025-ci illərdə ölkə iqtisadiyyatının orta illik artımı 1,3 faiz səviyyəsində proqnozlaşdırılır.

Neft yataqlarının köhnəlməsi səbəbindən neft hasilatının azalması ilə əlaqədar  ortamüddətli iqtisadi artım perspektivləri zəifdir, qaz ixracının artması isə çox güman ki, bu tendensiyanı qismən kompensasiya edir, S&P-nin məlumatında qeyd olunur.

Ümumilikdə, agentliyin analitikləri qeyd edirlər ki, Azərbaycanın reytinqləri əvvəlki kimi ölkənin zəif institusional effektivliyi, dar və konsentrasiya edilmiş iqtisadi baza və pul-kredit siyasətinin məhdud çevikliyilə məhdudlaşır.

Ümumiyyətlə, ölkə iqtisadiyyatının uzunmüddətli perspektivləri daha az əlverişli görünür. S&P ekspertləri qeyd edirlər ki, Azərbaycan dünyada ən qədim neft istehsalçılarından biridir, mövcud neft yataqları köhnəlir və hasilatın azalmaqda davam etdiyini göstərir. – 06B-

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button