2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Space-nin əməkdaşları Sevil Əliyevaya müraciət hazırlayıb

Ölkədə get-gedə dərinləşən böhran telekanalları da vurmaqdadır. Əməkdaşları minimal qonorarla, maksimal rüşvətlə işlədən AzTV (xatırladaq ki, son günlər dövlət televiziyasının sədri A.Alışanovun 5 milyonluq vəsaiti və şərikini həbs etdirməsi məsələsi gündəmdədir), prezident administrasiyasından gələn göstərişlə mərhələ-mərhələ  A.Alışanovun əlindən çıxarılan (bu kanalda indi prezidentin köməkçisinin qardaşının sözü keçir) İTV, maliyyə və kadr problemləri ilə adı dillərə düşən Lider, tifaqı dağılan ATV və yaradıcılıq, maliyyə, kadr, nüfuz sıxıntıları içərisində batan Space-mənzərə belədir.

Oktyarbın 12-də 20 yaşını qeyd edəcək “Space” televiziyası  4 aydır işçilərin maaşlarını verməməklə yanaşı, həm də əməkdaşlıq etdiyi dövlət və özəl müəssisələrə borcunu geri qaytarmamaqla çıxılmaz duruma düşüb. Əldə etdiyimiz məlumata görə, 12 ildir Space-ə rəhbərlik edən rejissor Vaqif Mustafayev çıxılmaz durumu telekanalın təsisçisi Sevil Əliyevadan gizlətməklə, təkcə özünün rəhbər kariyerasını deyil, kanalın sonunu da sual altında qoyub. İşçilərə ödənməmiş 500 min manatlıq borcdan əlavə, televiziyanın və radionun yayıma görə 450 min manat, şirkətin avtomobillərini təmir edən servisə 50 min manat borcu olduğu bildirilir. Qeyd olunur ki, Vergilər Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna olan borc kanalın hesabının bağlanmasına gətirib. Təqribi hesablamalara görə, 1 milyon manat civarında borc yaranıb.

Saytların yığılması Saytlarin yigilmasi

Space-in Xəbərlər Xidmətinin keçmiş rəhbəri Eldəniz Elgünü İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri təyin etməklə (belə bir şöbə Space-də kağız üzərində fəaliyyət göstərir, adıçəkilən şəxsə nə otaq, nə ləvazimatlar, nə işçilər, nə də konkret iş saatı müəyyən edilməyib) kanal haqqında gedən tənqidi yazıların qarşısını almağa çalışan Vaqif Mustafayev öz diktaturasını əvvəllər keçmiş MTN rəhbəri Eldar Mahmudovun köməkliyi ilə qoruya bilib. Eldar Mahmudovun atası və özü haqqında filmlər çəkməklə MTN-ə yaxınlaşan Mustafayev Space haqqında yazı yazan media əhlini təhdid edə, qara siyahıya saldıra bilirdi. Məhz Eldar Mahmudovdan sonra kanalın maliyyə durumu ağırlaşmağa başlayıb. Son iki ayda isə kanalın maddi durumu kəskin pisləşib.

Space-də vəzifəsini yaxın illərdə oğlu Emin Mustafayevə ötürmək istəyən Vaqif Mustafayev özünə yaxınlığı ilə seçilən “Hər Səhər” verilişinin rəhbəri Arzu xanımı kanaldan uzaqlaşdırandan sonra şirkətdəki vacib işləri oğluna tapşırıb. “Hər Səhər” verilişinin bundan qabaqki rəhbəri Kəmalə Xəlilova da Mustafayevə yaxınlığı ilə seçilirdi, 5 il öncə bu xanımın kaprizlərinə dözməyən Space-çilərin təkidi ilə onu uzaqlaşdırmaq mümkün olmuşdu. Lakin əməkdaşlar kanalın hələ də məhz bu xanımdan gələn göstərişlərlə idarə ediliyini düşünür.  Başı maliyyə qalmaqallarına qarışan Mustafayev başıbəalı “Hər Səhər”-ə neçə aydır ki, özünə sərfəli rəhbər seçə bilmir. Kadrlar şöbəsi iki ildir, Xəbərlər departamenti isə 5 aydır rəhbərsizdir. Bir ildir tv-nin yeməkxanası da işləmir, kanalın işçilərinin yaxınıqdakı kafe və mağazalara borcları yığılıb. Hind kinoları, “Mozalan”lar və vaxtı keçmiş prodakşn verilişləri ilə efiri yola verən Space teleməkanın ən az maaş verən və ən kiçik kollektivinə sahib tv olsa da, olan-qalan da dağılmaq üzrədir, sürətlə ixtisar aparılır. Keçmiş MTN rəhbəri və keçmiş Rabitə nazirinə söykənmiş tv-nin borc bataqlığı kanalın bağlanması və ya rəhbərliyin həbsinə gətirib çıxara bilər. Maaşları vermək əvəzinə, köhnə, təzə kadrı vasitəsi ilə bir çox saytlardan pul müqabilində yazı sildirən Mustafayev çıxılmaz durumdadır. 100-ə yaxın əməkdaşın imzası ilə təsisçi Sevil Əliyevanın İnstagram səhifəsinə dolğun müraciət hazırlanıb. Bu müraciət kollektivin, həm də 20 yaşlı Space-in hələlik yeganə çıxış yoludur. Əks yol, biz az da gözləmək qurulanların dağılması, göz görə-görə məhv olması deməkdir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button