Loading...
Loading...
SEÇMƏ

“Space” telekanalı Elçin Əlibəyliyə görə xəbərdarlıq alıb

Şuranın iyunun 24-də keçirilən iclazı zamanı telekanalda yayımlanan “Elin sözü” verilişində “Media haqqında” Qanununun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması) və 14.1.12-ci maddələrinin (parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməsi) tələblərinin pozulması faktları müzakirə olunub.

Bildirilib ki, verilişin 21 iyun 22:30-23:40 saatlarında nümayiş olunan buraxılışında aparıcı Elçin Əlibəyli “Biz hindu ağlında olmamalıyıq axı. Bir az inkişaf etmiş vəziyyətdə olmalıyıq”, – deyib.

“Bilməyərəkdən,  xüsusi bir məqsəd olmadan, Azərbaycanda yaşamayan etnik qruplar haqqında işlədilən belə açıqlamalar, cəmiyyətimizə xas olmayan ksenofobiyanın yayılmasına, ayrı-ayrı tamaşaçılarda milli və ya irqi üstünlük hisslərinin yaranmasına gətirib çıxara bilər”, – Şuranın saytında yerləşdirilən məlumatda deyilir.

Müzakirələrdən sonra Şura üzvləri “Space”in efirində ilk dəfə belə halın baş verdiyi və Elçin Əlibəylinin uzunmüddətli jurnalist fəaliyyətini nəzərə alaraq xəbərdarlıq ediblər.

Şura həmçinin “Space”in efirində ekstrasens, parapsixoloqların fəaliyyətlərinin təbliğinə imkan yaradılması faktını da qeydə alıb.

Bu da yeni “Media haqqında” Qanunun müvafiq müddəasının tələblərinin pozulmasıdır.

Belə hallar təkrarlanacağı təqdirdə telekanala və aparıcıya qarşı ciddi inzibati sanksiyalar tətbiq olunacaq.

Elçin Əlibəyli Meydan TV-nin zənglərinə cavab verməyib.

Milli Məclisin 2021-ci il dekabrın 30-da keçirilən iclasında “Media haqqındaQanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

2022-ci il fevralın 8-də Prezident İlham Əliyev “Media haqqında” Qanunu təsdiqləyib.

Meydan TV

Gözdən qaçırmayın:  Aqil Abbas: “Niyə ancaq deputatın maaşlarını görürsüz?”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button