2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Space” televiziyasının rəhbərliyi dəyişdi: Müşfiq getdi, Vado gəldi

Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov “Space” müstəqil teleradio şirkətinin rəhbəri vəzifəsindən gedib.

Pressklub.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Məlumata görə, televiziyanın baş direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov başqa işə keçməsi ilə əlaqədar “Parni iz Baku” KVN komandasının keçmiş üzvü, ATV və “Lider” telekanallarında müxtəlif vəzifələrdə çalışan Vado Karovinlə əvəz olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Müşfiq Hətəmov 2021-ci ilin may ayında “Space” TV-yə rəhbər təyin olunmuşdu.

Müşfiq Hətəmov “Nabat”, “Dolu”, “Nar bağı”, “Yarımçıq xatirələr”, “Qisas almadan ölmə”, “Qırmızı bağ”, “Axınla aşağı”, “Üçüncü günün adamı” və s. filmlərin prodüseridir.

Vado Karovin “Şən və Hazırcavablar” klubunda “Bakılı oğlanlar” komandasında çıxışları ilə məşhurlaşıb.

24 saat” ““Space” televiziyasının rəhbərliyi dəyişdi: Müşfiq getdi, Vado gəldi” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button