2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Spikerin anası etirazçıları balkondan təhqir edib?

Azatutyun yazır ki, tolerantlığı təbliğ edən hakimiyyətin nümayəndəsi olan Alen Simonyan anasına qarşı hər hansı cinayət işinin açılmalı olmadığını bildirir

Saytların yığılması Saytlarin yigilmasi

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, mayın 6-da sosial şəbəkələrdə balkonunun altından keçən etirazçılara tüpürən və orta barmaqlarını göstərən qadıının görüntüləri yayılıb.

Müxalifətin baş nazir Nikol Paşinyanın istefasını tələb edən bu yürüşünə müxalif “Şərəfim var” fraksiyasının deputatları Taron MarkaryanTiqran Abramyan başçılıq edirdilər.

Azatutyun müəyyənləşdirib ki, insident Milli Məclisin spikeri Alen Simonyanın anasının qeydiyyatda olduğu Abovyan küçəsində baş verib.

Alen Simonyanın mətbuat katibi Tsovinar Xaçatryan əvvəlcə deyib ki, bu insident barədə heç bir şərh verilməyəcək.

Buna baxmayaraq daha sonra Milli Məclisin spikeri deyib ki, balkonun altından keçən etirazçılar onun anası Mariya Ovannisyanı təhqir ediblər və o da təhqirlərə cavab verib:

“Hə bunlar bizim binanın qarşısında olub. Bizim mənzilimizin altından keçdiklərini bilən nümayişçilər məni və ailəmi təhqir ediblər. Anamın isə əsəbləri dözməyib”.

Simonyanın nənəsi və qardaşı

Azatutyun yazır ki, tolerantlığı təbliğ edən hakimiyyətin nümayəndəsi olan Simonyan anasına qarşı hər hansı cinayət işinin açılmalı olmadığını bildirir.

Alen Simonyan deyib ki, onun anasının hərəkətləri deputatlara deyil, ailəni təhqir edənlərə ünvanlanıb.

Simonyan bildirib ki, bu insidentin diqqətəlayiq olub-olmadğını hüquq-mühafizə orqanları müəyyənləşdirməlidir:

“Hüquqi tərəfə gəlincə, təbii ki, cinayət tərkibi varsa…heç kim qanundan yüksəkdə deyil”.

Azatutyun yazır ki, Abovyan küçəsində bu hadisənin baş verdiyi yerdə onun müxbirləri bir qədər əvvəl Alen Simonyanın nənəsi ilə danışıblar.

Jurnalistlər deyirlər ki, ünvanı “Avroasfalt” şirkətinin dövlət reyestrindəki qeydiyyatından tapıblar.

Bu şirkətin rəhbəri Alen Simonyanın qardaşı Karlen Simonyandır.

24 saat” “
Spikerin anası etirazçıları balkondan təhqir edib?
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button