2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Sputnik-Azərbaycan”ın baş redaktoru Azərbaycandan deport edilir

Veranika Olegovnanın və həyat yoldaşının müvəqqəti yaşama icazəsi ləğv edilib

Dövlət Miqrasiya Xidməti (DMX) “Sputnik-Azərbaycan” saytının baş redaktoru, Belarus vətəndaşı Antonava-Tryzno Veranika Olegovnanın Azərbaycanda müvəqqəti yaşama icazəsini ləğv edib.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumat iyunun 10-da DMX-nin saytında yayılıb.

Bildirilib ki, Antonava-Tryzno Veranikaya və onun həyat yoldaşı Pavel Antonova müvəqqəti yaşamaq üçün yeni icazələrin verilməsindən də imtina edilib.

Qərarın 6 iyun tarixində verildiyi vurğulanıb.

“İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinə əsasən, qərar KİV-də dərc edildikdən 10 gün sonra ünvan sahibinə çatdırılmış hesab olunur.

“Sputnik Azərbaycan”ın baş redaktoru və həyat yoldaşı Azərbaycanda yaşamaq üçün viza müddətinin uzadılması ilə bağlı mənfi cavab aldıqlarına görə hər ikisi 10 gün ərzində Bakını tərk etməlidir.

“Sputnik-Azərbaycan” Agentliyi Kremlin təbliğatçısı Marqarita Simonyanın baş redaktoru olduğu Federal Dövlət Unitar müəssisənin Bakı filialıdır.

Bir ay əvvəl Milli Məclisin deputatı Vahid Əhmədov Rusiyanın bu agentliyinin Azərbaycanda fəaliyyətini qadağan etmək haqda çağırış etmişdi.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button