2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Sputnik Azərbaycan”ın 4 redaktoru istefa verib

Yayımlandı: 5 Avqust 2022 15:23

Onlar Rusiya Müdafiə Nazirliyinin açıqlamasının dərcinə etiraz etdiklərini deyirlər

“Sputnik Azərbaycan” agentliyinin rusdilli versiyasının dörd redaktoru işdən çıxdıqlarını deyiblər.

Saytların yığılması Saytlarin yigilmasi

Onlar Rusiya Müdafiə Nazirliyinin Qarabağda sonuncu döyüş əməliyyatları zamanı Azərbaycan Silahlıq Qüvvələrinin atəşkəs rejimini pozması haqqında məlumatını dərc etməkdən imtina edərək istefa verdiklərini bildiriblər.

İstefa verənlər Zülfiyyə Qurbanova, Cəmilə Əfəndiyeva, Yelena Starostina və Gülzar Mustafayevadır.

Bu barədə Gülzar Mustafayeva “Facebook” səhifəsində yazıb.

“Beləliklə, bu gündən etibarən “Sputnik-Azərbaycan”la yollarımın ayrıldığını bildirirəm. Mən və bəzi həmkarlarım öz vəzifəmizdə Azərbaycanın mövqeyini müdafiə etmək üçün əlimizdən gələni və gəlməyəni etdik. Azərbaycan Respublikasının vətəndaşı olaraq mən buradakı işimdən utanmıram, hər cəhətdən vicdanım təmizdir. Bizi əyməyə çalışanda isə nöqtəni qoyduq və sadəcə olaraq çıxıb getdik”, – deyə Mustafayeva fikrini tamamlayıb.

G.Mustafayeva.Mənbə: “Facebook”

Məsələ ilə bağlı agentlikdən münasibət açıqlanmayıb. Meydan TV-nin münasibət öyrənmək cəhdi baş tutmayıb.

“Sputnik-Azərbaycan” Rusiyanın “Sputnik” Dövlət Agentliyinin yerli şöbəsidir.

“Sputnik-Azərbaycan” media orqanının fəaliyyəti uzun müddətdir Azərbaycan cəmiyyətinin diqqət mərkəzindədir.

Bir sıra deputatlar orqanın Azərbaycan qanunvericiliyinə və ölkənin maraqlarına zidd materialların dərc edilməsi ilə əlaqədar bağlanması tələbi ilə çıxış ediblər.

Konkret olaraq, deputat Vahid Əhmədov “Sputnik-Azərbaycan”ın fəaliyyətinin qadağan olunması çağırışı etmişdi.

İyunda isə Dövlət Miqrasiya Xidməti (DMX) “Sputnik-Azərbaycan” saytının baş redaktoru, Belarus vətəndaşı Antonava-Tryzno Veranika Olegovnanın Azərbaycanda müvəqqəti yaşama icazəsini ləğv etmişdi.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button