2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Sputnik Azərbaycan”ın rəhbəri ölkədən çıxarılır

Baş redaktor və prodüserinin iş və müvəqqəti yaşama icazəsi ləğv olunur

“Sputnik Azərbaycan” saytının baş redaktoru Antonava Tryzno Veranika ilə həmin media orqanının prodüseri və onun həyat yoldaşı Antonov Pavelin Azərbaycanda müvəqqəti yaşamaq üçün icazələrin verilməsindən imtina edilib və onların müvəqqəti yaşama icazələri ləğv edilib.

Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, Belarus vətəndaşı olan hər iki şəxs 10 gün ərzində ölkəni tərk etmək məcburiyyətindədirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Belə ki, İnzibati İcraat haqqında qanunun 62-ci maddəsinə əsasən, qərar KİV-də dərc edildiyi gündən 10 gün sonra ünvana çatmış hesab olunur.

Qeyd edək ki, hər iki şəxs Belarus vətəndaşıdır.

Məlumatı Oxu.Az-a Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini Elnur Kələntərli təsdiq edib. O bildirib ki, sözügedən şəxslərin iş icazələrinin uzadılması ilə bağlı müraciətlərinə imtina cavabı verilib.

Onu da bildirək ki, ölkədə iş icazəsinin uzadılması ilə bağlı edilən müraciətin ləğvi zamanı avtomatik olaraq yaşayış icazəsi də ləğv edilir.

Qeyd edək ki, İnzibati İcraat haqqında Qanunun 62-ci maddəsinə əsasən, qərar KİV-də dərc edildiyi gündən 10 gün sonra ünvana çatmış hesab olunur.

The post “Sputnik Azərbaycan”ın rəhbəri ölkədən çıxarılır appeared first on 24 saat.

24 saat” ““Sputnik Azərbaycan”ın rəhbəri ölkədən çıxarılır” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button