2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Şri-Lanka prezidenti rəsmən istefa verib

İyulun 20-də qanunverici orqanın Rajapaksanın 2024-cü ildə bitəcək prezidentlik müddətini tamamlamaq üçün yeni prezident seçəcəyi gözlənir

Saytların yığılması Saytlarin yigilmasi

Şri-Lanka parlamentinin spikeri iyulun 15-i səhər deyib ki, Prezident Gotabaya Rajapaksa bir gün öncə axşam xaricdən istefasını rəsmən təqdim edib. Ölkədə bir neçə aydı iqtisadi problemlərə qarşı etirazlar keçirilirdi.

Paytaxt Kolomboda etirazçılar bundan öncə hökumət binalarından çıxmağa razılaşıblar. Parlamentin spikeri Mahinda Yapa Abeyvardena ilə danışıqlar aparılıb.

İyulun 20-də qanunverici orqanın Rajapaksanın 2024-cü ildə bitəcək prezidentlik müddətini tamamlamaq üçün yeni prezident seçəcəyi gözlənir.

Şri-Lankda gərginlik hələ də qalır, hökumət fövqəladə vəziyyət elan edib.

Parlamentin, digər hökumət binalarının ətrafında xeyli hərbçinin olduğu xəbər verilir.

Rajapaksa iyulun 13-də istefa vermədən ölkədən qaçıb. O əvvəlcə Maldivə, daha sonra Sinqapura gedib. Sinqapurda istefa ərizəsini Şri-Lanka Ali Komissiyasına təqdim edib. Rajapaksa daha sonra Səudiyyə Ərəbistanının maliyyə paytaxtı Ciddəyə gedib.

Ötən həftəsonu ölkədə kütləvi etirazlar başlanıb, nümayişçilər rəsmi binaları, o cümlədən prezident sarayını tutub.

Prezidentin səlahiyyətini icra edən Baş nazir Ranil Vikremesinq də parlamentə istefa verəcəyini deyib.

Etirazçılar prezidenti uzunmüddətli korrupsiyada, iqtisadiyyatı düzgün idarə etməməkdə suçlayır. O isə ittihamları rədd edir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button