2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimiSEÇMƏ

Stalini heyrətə salan, Hitlerin şəxsi düşməni olan öngörücü- GİZLİ TARİX

“Şurik, sən ki telepatsan, lap Volf Messinqsən” – bu, sovet komediya filmlərinin birində səslənən çox məşhur bir ifadədir. Bəli, Sovet İttifaqında Messinqi hamı tanıyırdı. Onun haqqında əfsanələr gəzirdi. İş orasındadır ki, bu əfsanələrin çoxu əsl həqiqət idi. Messinq öz qabiliyyəti ilə alimləri çaş-baş salırdı. Hətta Freyd də onu öyrənməyə çalışırdı.

24.saat.org bildirir ki,  heç kim onun sirrini aça bilmirdi. Məsələ onda idi ki, Messinq insanların fikrini oxumağı bacarırdı. Sözün əsl mənasında.

Kağız bilet

Saytların yığılması Saytlarin yigilmasi

Uşaqlıqda o, yaşıdlarından fərqlənmirdi. Polşa ərazisində, kasıb bağban ailəsində doğulmuşdu. Ailədə ondan başqa daha 3 oğlan uşağı vardı.

Messinqi digər qardaşlarından fərqləndirən bir cəhəti vardı – o, lunatik idi. Gecə yuxudaykən durub gəzirdi. Anası onu qorumağın yolunu tapmışdı. Çarpayısının yanına su dolu vanna qoyurdular. Mesinq yuxulu halda yerindən duran kimi ayaqları suya dəyir və o, ayılırdı.

Atası onun ravvin olmasını istəyirdi. Bu isə Messinqin xoşuna gəlmirdi. O, 11 yaşında Berlinə yola düşən qatara minib evdən qaçdı.

Məhz bu qatarda Volf ilk dəfə vergili olduğunu anladı. Qatar bələdçisi biletləri yoxlayırdı. Təbii ki, Volfda bilet yox idi. O, adi kağızı bələdçiyə uzatdı, beynində onun fikirlərinə təsir edərək, bu adi kağızı bilet kimi təsəvvür etməyə vadar etdi. Bələdçi adi kağızı nəinki bilet kimi qəbul etdi, hətta onu daha yaxşı kupeyə aparıb istirahət etməyinə şərait yaratdı. Volf öz qabiliyyətinə inandı. Bu, onu qorxudurdu. Gecəni yata bilmədi.

Məşhurluq

Berlində Messinqi aclıq və səfalət gözləyirdi. Bir dəfə o, küçədə acından huşunu itirdi və xəstəxanaya düşdü. Xəstəxanada onunla qəribə hallar baş verirdi. Anladı ki, trans vəziyyətə düşə bilir. Onun orqanizmi dövrün ən məşhur nevropatoloqunu – professor Abeli maraqlandırdı.

Professor yeniyetmə ilə müxtəlif testlər keçirdi. Nəticələr heyrətamiz idi. Messinq hipnoz edə bilirdi, eyni zamanda o, başqalarının fikrini oxumaq qabiliyyətinə malik idi.

Abel 12 yaşlı yeniyetməyə impressario tapdı. O, teatrda və başqa yerlərdə artist kimi çıxış etməyə başladı və tezliklə məşhurlaşdı.

Messinq tamaçaçıların fikrini oxuyur, itmiş əşyaları tapır, gələcəkdən xəbər verə bilirdi. 18 yaşında artıq bütün dünya onu tanıyırdı.

Dostlar və düşmənlər

40 yaşına qədər  Messinq bütün dünyanı gəzdi, bütün qitələrdə oldu. Eynşteyn, Freyd, Marlen Ditrix, Mahatma Qandi kimi məşhurlarla görüşdü. Polşa prezidenti  Yozef Pilsudski isə onun dostu və müştərisi idi. Prezident daim onun seansına gəlirdi.

Lakin dostları ilə yanaşı, onun böyük düşməni də vardı – Adolf Hitler. Ekstrasens Rusiya ilə müharibəyə başlayacağı təqdirdə, onun öləcəyini proqnoz vermişdi.

Hitler ekstrasensin başına 200 min marka qoydu. Nəticədə, o həbs edildi. Lakin görücünü Hitlerin yanına apara bilmədilər. O, həbsxana kamerasında bütün nəzarətçiləri  hipnoz edib qaçdı, Almaniyanı tərk etdi. SSRİ sərhədini keçəndə isə pasport əvəzinə Hitlerin onu axtarışa verdiyi haqda elan kağızını göstərdi…

Ekstrasensi Stalinin qəbuluna gətirdilər. Maraqlıdır ki, o, Kremldə icazə gözləmədən, bütün nəzarətçilərin yanından keçərək, qapını döymədən Stalinin kabinetinə girdi. Dahi rəhbər qorxmuşdu. Messinq ona “sizin fikirlərinizi oxuyuram, məni düşmən hesab etmirsiniz” dedi. Stalin onun kabinetə gələnədək silahlı nəzarətçilərin yanından icazəsiz necə keçdiyini soruşdu. Messinq bildirdi ki, o, bütün nəzarətçilərin gözünə Beriya kimi görünüb. Ona görə heç kim buraxılış kağızı istəməyə cürət etməyib.

Məktub

Müharibədən sonra  SSRİ-də qalan Messinq estrada artisti kimi bütün ölkəni gəzdi. Hipnoz dahisinin bütün tamaşaları anşlaqla keçirdi.

Bir dəfə ona tamaşada qoca qadın yaxınlaşdı. Əlindəki məktubu görücüyə verdi. Bu, qarının oğlunun məktubu idi. Müharibə vaxtı cəbhədən yazmışdı. Ekstrasens məktuba baxıb dedi ki, onu yazan adam həlak olub. Üstündən bir ay keçmiş həmin qadın yanında cavan bir oğlanla tamaşaya gəldi və dedi ki, məktubu yazan budur və o sağdır.

Messinqə ittihamlar yağdı, bəziləri hətta ona şarlatan dedilər. Mesinq həmin qadın və oğlu ilə tamaşaçıların qarşısında yenidən görüşdü. Məlum oldu ki, o, səhv etməyib. Məktub, həqiqətən, qarının oğlunun idi. Amma o yazılanda oğlan hospitalda yaralı imiş. Məktubu oğlanın dilindən əsgər yoldaşı yazmışdı. Həmin əsgər isə sonralar döyüşdə həlak olmuşdu. Demək, heç bir səhv yox idi.

Messinq öləcəyi günün tarixini də qabaqcadan qohumlarına demişdi və həmişəki kimi, bu proqnozu da düz çıxmışdı. Bu, onun sonuncu öncəgörməsi idi.

İlqar Atabəyli

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button