24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Stalinin Bosfordan Sintszyana qədər sovet təsiri strategiyası

Bakı/12.01.21 Amazon Azərbaycan tarixçisi Cəmil Həsənlinin “Stalin və soyuq müharibənin başlanğıcında sovet siyasəti: cənub qonşuları Moskvanın kölgəsində, 1945-1947” (Stalin and Soviet Early Cold War Policy: Southern Neighbours in the Shadow of Moscow, 1945-1947) kitabının satışını amons edib.

272 səhifəlik kitab 8 iyul 2022-ci ildə ingilis dilində işıq üzü görəcək.

Kitabda Həsənli İkinci Dünya Müharibəsindən dərhal sonra Sovet İttifaqının cənub qonşuları ilə münasibətlərinin əsas aspektlərini açmaq üçün bir sıra yeni əldə edilmiş arxiv mənbələrindən istifadə edir.

Türkiyə, İran və Çinlə əlaqələrdən danışan Həsənli Stalinin Bosfor və Dardanelə, İran Azərbaycanı və Sintszyana sovet təsiri strategiyasını necə işləyib hazırladığını araşdırır. Müxtəlif dövrlərdə bu, müxtəlif dərəcədə məcburiyyət, diplomatiya, casusluq və vasitəçiliyi əhatə edib. Soyuq müharibə bir qayda olaraq, Avropadakı gərginliklə əlaqəli olsa da, onun ən erkən hərəkatlarının bəzisi əslində Mərkəzi və Qərbi Asiyada baş verib. Əsasən Həsənli bildirir  ki, 1945-1947-ci illər cənuba doğru sovet ekspansiyasının və Stalin-Molotov yeni doktrinasının aktiv mərhələsi olub. Bu regionlardan sovet ekspansionist siyasəti üçün sınaq poliqonu kimi istifadə olunurdu, onların bir çoxu uğurlu nəticələnməyib və beləliklə, Qərbə qarşı sovet siyasətinin sonrakı formalaşmasında mühüm rol oynayıb.

Doktor Cəmil Həsənli SAS-IHR London Universitetinin elmi əməkdaşıdır. Onun monoqrafiyaları ABŞ, Böyük Britaniya, Azərbaycan, Rusiya, Türkiyə, İran, Honq Konqda nəşr olunub. Türkiyə Tarix Birliyi və Amerika Tarix Assosiasiyasının fəxri üzvüdür. — 0—

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button