Stalinlə söz güləşdirən 90 yaşlı Eyyub kişi sağlamlığın sirrini açdı: “Həmişə o araqdan içmişəm”

Eyyub Məhsimov: “Zabitlər mənim güllələnmə əmrimin veriləcəyini düşünüblər. Amma mənim bu cəsarətli cavabım yoldaş Stalinin xoşuna gəlibmiş”

Kənd sakinləri onu “Bığ Eyub” deyə çağırırlar. Söhbət Qax rayonunun Qaratala kəndində yaşayan Eyyub Məhsimovdan gedir. O, hazırda kəndin ən yaşlı sakini hesab olunur. Amma qıvraqlığı, zəhmətsevərliyi, yorulmadan işləməsi hər kəsi təəccübləndirir.

Yaşlı nəslin nümayəndələri üçün “Bığ Eyub” olan Eyyub kişini, kəndin bütün cavanları “Eyub baba” adlandırırlar. Həm də cavanlar onunla zarafatlaşmağı, toylarda onunla birlikdə rəqs etməyi, şelfi çəkdirməyi xoşlayırlar.

Bütün ömrünü at üstündə keçirən Eyyub baba, birlikdə yaşadığı qızı və nəvələrinin tənqidlərinə baxmayaraq, hələ də atdan əsas nəqliyyat vasitəsi kimi istifadə edir. O, müasir texnikanı “tənbəllərin oyuncağı” hesab edir. “Vaxt vardı biz öküzlərin köməyi ilə xışla, kotanla yer əkirdik. Gecəmiz-gündüzümüz olmazdı. Bizim yeniyetməliyimiz, cavanlığımız müharibə illərinə düşüb. Ac qalmamaq üçün yorulmaq bilmədən işləyirdik. O vaxt bizim əllə, öküzlərin köməyi ilə gördüyümüz işi indi traktorlar, kombaynlar görür. Amma baxırsan ki, cavanlar traktorla tarlanın bu başından o başına gedirlər, sonra da deyirlər ki, yoruldum. Ona görə də, kənddə hansı cavanı dindirirsən, deyir oram ağrıyır, buram ağrıyır. Bəs iş görməyən adam ağrıyacaq da. Nə qədər boş-boş oturmaq olar?” — deyir Eyyub baba.

 

O, bu dövrün cavanlarının iki əsas bəlası olduğunu qeyd edir: fiziki iş görməmək və telefonla oynamaq. Müsahibimiz indiyə qədər belə sağlam və gümrah qalmağının sirrini belə açıqlayır: “Mən özümü qanandan hər gün qatıq yeyirəm. Hər səhər tezdən qalxıb qatıq yeməsəm, yaşaya bilmərəm. O vaxtlar mal-qoyun otarmaq növbəsinə gedəndə bir banka qatıq, çörək və adi su götürürdüm. Səhərdən axşamacan bu, mənə bəs edirdi. Mənimlə birlikdə növbəyə gedənlər deyirdilər ki, “a kişi, sən bununla necə yaşayırsan, bir gün yıxılıb öləcəksən”. Deyirdim ki, siz yaşayın, mən ölsəm də, eybi yoxdur. İş elə gətirdi ki, məni qatıq yeməyə görə qınayan yaşıdlarımın və məndən yaşca xeyli kiçik olanların əksəriyyəti artıq rəhmətə gedib. Hərəsi də bir xəstəlikdən”. 90 yaşlı ağsaqqal sağlamlığının bir səbəbini də tut arağından başqa içki içməməkdə görür. “Özüm hər il həyətdəki ağ tutu boçkalara yığıb, qıcqırdıb araq çəkmişəm. Həmişə də o araqdan içmişəm. İndi də içirəm. Hələ indiyə qədər xəstəlik nədir, bilmirəm”.

 

 

Kəndin bugünkü şəklə düşməsində, abadlaşmasında Eyyub babanın əməyi böyük olub. Uşaqkən qardaşları ilə birlikdə aclıqdan əziyyət çəkdiklərindən, doğulduqları dağ kəndi olan Armudludan nisbətən aranda yerləşən bu kəndə pənah gətiriblər. Onda bu kənd 5-6 ailənin məskunlaşdığı kiçik talalardan və fermadan ibarət olan balaca bir məskən imiş.

“Biz bura köçəndə bu kənd kiçik talalardan ibarət balaca bir yer idi. Elə kəndin adlandırıldığı Qaratala sözü də “meşənin ortasında açıq yer” mənasına gəlir. Bu kənddə yaşamaq mümkünsüz idi. Çünki hər yer meşəlik və kol-kos idi. Bu kəndi kol-kosdan təkbaşına təmizləmişəm. Buranı abıra salandan sonra bura başqa yerlərdən insanlar gəlib yaşamağa başladılar. Çünki burada yaşamaq əlverişli idi. Münbit torpağı vardı, meşələrdən çaylar axırdı, torpaqları suvarmaq üçün arxlar çəkmişdik. Meşələri tədricən açaraq əkin və mal-qara üçün örüş yerlərini genişləndirmişdik. Böyük çıxmasın, amma mən özümü bu kəndin memarlarından biri hesab eləyirəm”, — deyə E.Məhsimov bildirir. Eyyub baba təkcə əməksevərliyi ilə seçilmir. O, həm də xarici görünüşü ilə diqqəti cəlb edir. Onu kənddə nahaq yerə “Bığ Eyub” adlandırmırlar. Çünki o, heç vaxt bığını qırxmayıb.

Özü səbəbini belə izah edir: “Anadan olandan bığımı qırxmamışam. Əsgər gedəndə komandir məni sıradan qabağa çıxarıb dedi ki, “əsgər Məhsimov, niyə bığını təraş etmirsən?”. Dedim ki, belə bir fikrim yoxdur. Komandir məni generalın yanına apardı. General soruşdu ki, “əsgər Məhsimov niyə bığını təraş etmirsən?” Dedim ki, mən bu bığı yoldaş Stalinə görə saxlayıram. O nə vaxt bığını təraş etsə, mən də edəcəyəm. Onlar nə cavab verəcəklərini bilmədilər və məni rahat buraxdılar. O gündən bu günə bığıma əl vurmamışam”.

 

Həmsöhbətimizin dediyinə görə, bu inadkarlığı Stalinin özünün də xoşuna gəlib: “Əsgərlikdə olanda bir gün dedilər ki, yoldaş Stalin birləşmiş hərbi hissələrə baş çəkməyə gələcək. Müharibədən sonra sovet ordusunun quruculuğu istiqamətində ciddi işlər gedirdi. Bizi bir ay onun gəlişinə hazırladılar. Sıra düzülüşü, addımlamaq və s. Ordu təzə geyimlərlə təchiz edildi. Onda əsgərlik müddəti rəsmi 3 il 6 idi. Amma bizim vaxtımızda bu 4 ilə qədər çəkirdi. Bir gün bizi sıraya düzdülər. Stalin gəlib qabağımızdan keçdi, əsgərin şərəfinə hərbi salam verdi. Sonra sıraları başdan ayağa gəzməklə əsgərləri bir-bir süzdü. Mənə çatanda dayandı, “irəli çıx” əmrini verdi. Soruşdu ki, mən niyə bığ saxlayıram. Dedim ki, yoldaş Stalin, sizə hörmət əlaməti olaraq bu bığı saxlayıram. Siz nə vaxt bığınızı qırxsanız, mən də onda qırxacağam”. “O vaxtlar rəhbərə belə söz demək ölümə bərabər bir iş idi. Sonradan ordudakı zabitlər mənə deyirdilər ki, biz elə bilirdik, bu sözdən sonra sənin güllələnmə əmrini verəcək. Amma mənim bu cəsarətli cavabım yoldaş Stalinin xoşuna gəlmişdi. O, cavabımdan gülümsündü və deyəsən ləhcəmdən tutmuşdu ki, qafqazlıyam. Soruşdu ki, “кавказец” (qafqazlısan?)? Dedim, bəli, Azərbaycandan, Qaxdanam. Onda nəsə fikirləşdi və bığının altında yavaşca “Saingilo” dedi. Sonra “azad” əmrini verdi. O vaxtdan mən hərbi hissədə hamının sevimlisinə çevrildim. Onda orduda Stalinin sevimli adamı olmaq görün nə demək idi!”, — danışır Eyyub baba.

O, evə qayıdandan sonra bu əhvalatı ailəsinə nağıl edir: “Anamgil məni danladılar ki, dilinin ucbatından ölə bilərdin. Onda “Saingilo” sözünün mənasını öyrəndim. Sən demə, gürcülər bizim Qaxın yerləşdiyi regiona “Saingilo”, yəni ki, “kiçik Gürcüstan” deyirlər. Ola bilsin, Stalin buna görə mənə güzəşt eləmişdi”.

Eyyub kişi Stalin dövrünün ağırlığına, o dövrdə baş verən repressiyalara baxmayaraq, hələ də hesab edir ki, dünyaya Stalin kimi “kişi adam” gəlməyib. Stalinin şərəfinə saxlanan bığ onun ölümündən sonra da qırxılmamış qalıb: “Bu bığ mənim 75 illik dostumdur. Bığımı qırxsam, elə bilərəm ki, qolumu, qıçımı itirmişəm. Uşaqlara vəsiyyət eləmişəm ki, öləndə də məni torpağa bığımla birlikdə basdırarsınız”.

sputnik.az

Paylaş:

Kamran Əliyev: “Parketmə qaydasını pozan avtomobillərin şəklini adi vətəndaş da çəkə bilər”

Sonrakı Yazı »

Erməni yazardan Polad Bülbüloğluna sərsəm və başıpozuq – İttihamlar

BİZİMLƏ ƏLAQƏ

SON XƏBƏRLƏR

  • Bakı şəhər Səhiyyə İdarəsindən əlillik almaq istəyənlərlə bağlı absurd qərar

    3 həftə ago

    “Əlilliyin təyin edilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi üçün poliklinikaya müraciət edən zaman absurd imtina cavabı ilə üzləşdik”. Bunu saytımıza müraciət edən Bakı şəhər sakini Aynur ...

    Ətraflı
  • Azərbaycanda yeni pul nişanı tədavülə buraxıldı

    2 ay ago

    Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100-cü ildönümü münasibətilə 5 AZN təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılıb. Bu barədə Mərkəzi Bankın ...

    Ətraflı
  • Məşhur azərbaycanlı ekstrasens güllələndi – FOTO

    2 ay ago

    Tanınmış ekstrasens Nadim Alixanov Rusiyada güllələnib.Anews.az xəbər verir ki, BAKU.WS-ə daxil olan məlumata görə, dünən 34 yaşını qeyd edən edən ekstrasens dostları ilə birlikdə Moskvada azərbaycanlılara məxsus ...

    Ətraflı
  • ABŞ senatoru Donald Trampın impiçmentinə qarşı qətnamə təqdim edəcək

    2 ay ago

    Respublikaçı senator Lindsi Qrem bildirib ki, ABŞ senatına Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın impiçmenti prosedurunun keçirilməsi vaxtı aşkarlanmış səhvlərin olduğu qətnaməni təqdim etməyi planlaşdırır. “Report” xəbər verir ki, bu ...

    Ətraflı
  • Nazir: “Daha 1000-dək şəxsin saxta şəkildə sosial yardım aldığına dair şübhələr var”

    2 ay ago

    “Daha 1000-dək şəxsin saxta şəkildə sosial yardım aldığına dair şübhələr var”. “Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə Prezident İlham Əliyevin yanında keçirilən ...

    Ətraflı
  • KİVDF-yə ayrılan vəsait artırılır

    2 ay ago

    2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri gələn ay parlamentdə müzakirəyə çıxarılacaq 2020-ci ilin büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi ...

    Ətraflı
  • Məhkəmə baş redaktorla bağlı şikayəti rədd edib

    2 ay ago

    Anar Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılmayıb Oktyabrın 24-də Yasamal Rayon Məhkəməsi “Lombard N:1”in sahibi Məlahət Qurbanovanın “criminal.az” saytının baş redaktoru Anar Məmmədova qarşı xüsusi ...

    Ətraflı
  • “Kəndimizin örüş sahələri satılıb” – Ağsudan şikayət

    2 ay ago

    Ağsu rayonunun Bico kəndinin örüş sahələri, təxminən 1000 hektara yaxın ərazi, 2004-2006-cı illərdə müxtəlif şəxslərə 99 illik icarə müqavilələri ilə bələdiyyələr tərəfindən icarəyə verilib.  “Sözügedən ərazi kənd ...

    Ətraflı
  • Elina Hacıyevanın ölüm işi: direktora hökm oxundu

    2 ay ago

    Sevinc Abbasovanın azadlığı məhdudlaşdırıldı 162 saylı orta məktəbin keçmiş direktoru, 14 yaşlı Elina Hacıyevanın ölümündə günahlandırılan Sevinc Abbasovaya hökm oxunub. Oktyabrın 24-də Səbail Rayon Məhkəməsində hakim Azər ...

    Ətraflı
  • Trump Türkiyə üzərindəki bütün sanksiyaların qaldırıldığını deyir

    2 ay ago

    Prezident Donald Trump oktyabrın 23-də bəyan edib ki, bir neçə gün bundan əvvəl Türkiyənin üzərinə qoyulmuş bütün sanksiyalar qaldırılır. Bu sanksiyalar Türkiyə ordusunun Suriyanın şimalındakı kürd qüvvələrinə hücumu ilə ...

    Ətraflı
  • Hindistanın vitse-prezidenti Bakıya gələcək

    2 ay ago

    Hindistanın vitse-prezidenti Venkaya Naydu bu gün Bakıya gələcək. “Report” xəbər verir ki, o, oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII sammitində Hindistanın nümayəndə heyətinə rəhbərlik edəcək. Qoşulmama Hərəkatının sammiti zamanı təşkilata sədrlik üç ...

    Ətraflı
  • Zahid Oruc: ‘İslahatların sürəti prezidentin iradəsinə bağlıdır’

    2 ay ago

    Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc AzadlıqRadiosuna prezidentin son sərəncamları haqda deyib: – Prezident İlham Əliyev 2019-cu ilin əvvəlindən elan etdiyi mühüm dövləti idarəetmə sistemindəki konsepsiyanı mərhələ-mərhələ həyata keçirməkdədir. ...

    Ətraflı
  • İlham Əliyev bunu da etdi

    2 ay ago

    Ramiz Mehdiyevi Elmlər Akademiyasına təpişdirdi Milli Şuranın sədri, tarixçi alim, professor Cəmil Həsənli dünən Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad eilən Ramiz Mehdiyevin Elmlər Akademiyasına prezident “seçilməsinə” münasibət ...

    Ətraflı
  • Ramiz Mehdiyev vəzifəsindən azad edildi

    2 ay ago

    Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tutduğu vəzifədən azad edilib. Digər bir sərəncamla dövlət başçısı Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edib. ...

    Ətraflı
  • Mikayıl Cabbarov birləşdirilən 4 qurumun rəhbəri oldu

    2 ay ago

    Prezident İlham Əliyev Mikayıl Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamına əsasən, Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib. Bundan başqaİlham Əliyev Fərman ...

    Ətraflı
  • 19 oktyabr zorakılığı ilə bağlı ictimai dinləmə olacaq

    2 ay ago

    Repressiya və İşgəncələr Əleyhinə Komitə hakimiyyətin 19 oktyabrda törətdiyi zorakılığı ictimai müzakirəyə çıxarır. Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat paylaşıb. O.Gülalıyev feysbuk səhifəsində yazıb: “19 oktyabr ...

    Ətraflı
  • İstiqlalçı millət vəkilinin üzərində polis vəhşiliyinin izi FOTO

    2 ay ago

    19 oktyabr mitinqində polis vəhşiliyinə məruz qalanlardan biri də Milli Şura Koordinasiya Mərkəzinin üzvü, istiqlalçı millət vəkili İbrahim İbrahimli olub. Sosial şəbəkələrdə onun boğaznda polis zorakılığının izi ...

    Ətraflı
  • Şahin Mustafayev istirahətə göndərildi; Onun yerinə kim gətiriləcək?

    2 ay ago

    Öncə bu sualı cavablandıraq ki, baş nazirin müavini yüksək vəzifədir, yoxsa iqtisadiyyat naziri? Azərbaycan standartları ilə ölçsək birmənalı şəkildə nəinki iqtisadiyyat, hətta energetika naziri vəzifəsi də baş ...

    Ətraflı
  • Azərbaycan ordusu 19 yaşlı əsgərini itirib

    2 ay ago

    Horadizdə yerləşən N saylı hərbi hissənin əsgəri 19 yaşlı Həsən İbrahim oğlu Bədəlov həlak olub. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər. İlkin məlumata görə, əsgər ...

    Ətraflı
  • “Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar dayandırılsın”

    2 ay ago

    İnsan haqları komissarı polis zorakılığından narahatdır “Ötən həftənin sonu Bakıda icazəsiz mitinqlərin polis tərəfindən vəhşicəsinə dağıdılması polisin davranışı və insanların Azərbaycanda dinc etiraz nümayiş etdirmək hüququ ilə ...

    Ətraflı
  • Döyənlər və döyülənlər: Güc tətbiqi kimə nə qazandırdı? – İlkin Rüstəmzadə

    2 ay ago

    Tarix hər bir epizodda tətbiq oluna biləcək hazır reseptlər verməsə də, analogiyalar üzrə yaxşı-yaxşı öyrədir. Ağıllı adamlar və güc sahibləri bu dərsləri təkrar-təkrar oxuyur, ondan dərs çıxartmağa ...

    Ətraflı
  • ABŞ səfirliyi müxalifətin aksiyası ilə bağlı bəyanat yaydı

    2 ay ago

    Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Milli Şuranın oktyabrın 19-da keçirilən aksiyasına dair bəyanat yayıb. Bəynatda qeyd edilir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi Avropa İttifaqının bəyanatına dəstək verərək oktyabrın ...

    Ətraflı
  • Hacıbala Abutalıbov və Əli Həsənov vəzifəsindən azad edildi

    2 ay ago

    24saat.org saytı president.az saytına istinadən xəbər verir ki, ölkə başçısı İlham Əliyevin 21 Oktyabr 2019-cu il tarixində imzaladığı sərəncamlara əsasən Baş nazirinin iki müavini Hacıbala Abutalıbov və ...

    Ətraflı
  • Mirşahin xarici diplomatların səs yazısını yaydı – VİDEO

    2 ay ago

    Mirşahin rəhbərlik etdiyi telekanalda Milli Şura üzvü Gültəkin Hacıbəyli ilə ABŞ və Avropa İttifaqı üzvü olan diplomatların qeyri-qanuni yolla əldə edilmiş səs yazısını yayımlayıb. 20.10.2019-cu ildə “Real ...

    Ətraflı
  • AXCP sədri Əli Kərimli həbs olunub

    2 ay ago

    Partiya sədri mitinqə getmək üçün evindən çıxarkən zorla maşına mindirilib AXCP sədri Əli Kərimli zorla maşına mindirilərək naməlum istiqamətə aparıldığı bildirilir. Məlumatı AXCP-nin mətbuat xidməti yayıb. Bildirilir ...

    Ətraflı
  • Ərdoğan Trampın tvitinə cavab verdi: “Qalib gəlsək…”

    2 ay ago

    Prezident Ərdoğan ABŞ Prezidenti Donald Trampın sosial mediada yaydığı açıqlamaya cavab verib. Qaynarinfo xəbər verir ki, Ərdoğan Trampın “Milyonlarla insanın canı qurtaracaq” sözlərinə cavab olaraq öz tvitter hesabından ...

    Ətraflı
  • Nazir: “Gələn il pensiyaların orta aylıq məbləği 293 manat olacaq”

    2 ay ago

    “Gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artmaqla 293 manata çatması proqnozlaşdırılır”. az24saat.org xəbər verir ki, bunu oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi ...

    Ətraflı
  • Bir neçə rayonun qaz təminatında fasilə yaranacaq

    2 ay ago

    Oktyabrın 18-də səhər saat 10:00-dan işlər başa çatanadək aşkarlanan qaz sızmalarının ləğvi icra olunarkən Bakının Nərimanov rayonu, Çermet qəsəbəsi, Z.Bünyatov, Azadlıq, Atatürk prospektlərində, Ə.Qayıbov, M.Əlizadə, X.Şuşinski, S.Rəhman, ...

    Ətraflı
  • Təhsil naziri: İbtidai sinif şagirdləri üçün həftəlik dərs yükü çoxdur

    2 ay ago

    Məktəbdə dərsliklərin istifadəsi dörd il üçün nəzərdə tutulur. az24saat.org-un məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.  Onun sözlərinə görə, ...

    Ətraflı
  • Trump: “Öncə qoyacaqsınız dalaşacaqlar, sonra gedib ayıracaqsınız”

    2 ay ago

    Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trump cümə axşamı günü “öncə qoyacaqsınız, məktəbin həyətindəki iki uşaq kimi dalaşacaqlar, sonra da gedib ayıracaqsınız” deyib. O, bunu Texas-da keçirilən ...

    Ətraflı
  • Azərbaycan Dövlət Müstəqilliyinin 28-ci ildönümünü qeyd edir

    2 ay ago

    Azərbaycan Dövlət Müstəqilliyinin 28-ci ildönümünü qeyd edir. 1991-ci il oktyabrın 18-də Sovet rejiminin dağılma ərəfəsində Azərbaycan Ali Sovetində imzalanan “Müstəqillik Aktı” ilə dövlət müstəqilliyi bütün dünyaya bəyan ...

    Ətraflı
  • Vilayət Eyvazov generalı təqaüdə göndərdi

    2 ay ago

    Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov vəzifəsindən azad edilərək təqaüdə göndərilib. az24saat.org  “Report”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, ...

    Ətraflı
  • Siyavuş Novruzov: “Prezidentin xəbərdarlıq etdiyi məmurlar istefa verməlidir…”

    2 ay ago

    “Daxildəki məsələlərə gücü çatmayanlar xaricdə oturanları maliyyələşdirməklə prezidentin həyata  keçirdiyi islahatlara kölgə salmağa, qarayaxma kampaniyası aparmağa çalışırlar”.Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim ...

    Ətraflı
  • Yeni agentlik yaradılıb

    2 ay ago

    Oktyabrın 16-da Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb.Bu barədə prezident İlham Əliyev oktyabrın 16-da fərman imzalayıb.Sənədə əsasən, «Azərbaycan Respublikasında bir sıra ...

    Ətraflı
  • Daha bir yol bağlanıb – RƏSMİ

    2 ay ago

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yolun bağlanması ilə bağlı müraciət yayıb.  Bu gün Abşeron rayonu, Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində olan köməkçi yolda təmir-qazıntı işlərinin aparılması ...

    Ətraflı
  • “Türkiyənin bu addımını birmənalı şəkildə müdafiə edirik”-bəyanat

    2 ay ago

    Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal ərazisinə müdaxiləsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda göstərilir: “Türkiyə rəhbərliyi dövlətin təhlükəsizliyi və maraqları baxımından mühüm qərar ...

    Ətraflı
  • Davamı

    Daha Çox