2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

“Standard İnsurance Georgia” ermənilərə işləyir?

Bu gün bəzi media orqanlarında “Standard İnsurance Georgia” şirkətində ermənilər işləməsi ilə bağlı məlumatlar yayılıb. Fins.az xəbər verir ki, yayılan məlumatda “Standard İnsurance Georgia” şirkətinin baş direktoru və Müşahidə Şurasının üzvləri “Standard İnsurance” Sığorta Şirkətinin sədri və İdarə Heyətinin bir üzvü olduğu bildirilir. Bununla belə, Azərbaycan vətəndaşları olmalarına baxmayaraq erməni millətindən olan şəxslər həmin şirkətdə işlə təmin olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Hətta SOCAR kimi nəhəng bir şirkət və Azərbaycanın digər iri şirkətləri belə bu sığorta şirkətində sığorta olunublar.

Sübut olaraq isə Teymuraz Simonyan adlı erməni işçisinin imzasını, həmçinin erməni Simonyanın sığorta şirkətinin rəsmi e-mailindən istifadə etdiyi foto təqdim edilib.

Məsələ ilə bağlı “Standard İnsurance” sığorta şirkəti açıqlama verib. Şirkətdən bildirilib ki, “Standard İnsurance Georgia” Sığorta Şirkətinin səhmdarı Azərbaycan şirkəti deyil. Belə ki, həmin şirkətin səhmdarı Avropa İttifaqı ərazisində qeydiyyatdadır və orada fəaliyyət göstərir. Eyni zamanda, ASC “Standard İnsurance” Sığorta Şirkətinin sədrinin və İdarə Heyətinin bir nəfər üzvünün “Standard İnsurance Georgia” Sığorta Şirkətinin Müşahidə Şurasının üzvləri olması müvəqqəti haldır. “Standard İnsurance Georgia” Sığorta Şirkətinin hazırkı səhmdarı tərəfindən müşahidə şurasının yeni tərkibinin formalaşdırılması prosesi gedir və həmin proses bitənə qədər müşahidə şurasının köhnə üzvlərinin öz vəzifələrini icra etmələri xahiş olunub.

Hazırda “Standard İnsurance Georgia” Sığorta Şirkətinin ASC “Standard İnsurance” Sığorta Şirkəti ilə hər hansı əməkdaşlığı yoxdur. Bununla belə şirkətdən bildirilib ki, “Standard İnsurance Georgia” Sığorta Şirkətinin adı bəzi xəbər saytlarında keçən bir nəfər işçisinin erməni mənşəli olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.Belə ki, həmin şəxs erməni deyil, yezidi kürd etnik mənşəli Gürcüstan vətəndaşıdır. Həmin şəxsin etnik mənşəyini təsdiq edən sənədlər “Standard İnsurance Georgia” Sığorta Şirkətində mövcuddur.

Qeyd edək ki, “Standard İnsurance Georgia” 2007-ci ildə yaradılıb və “Standard İnsurance” sığorta şirkətinin Gürcüstan bazarındakı törəmə şirkəti olub. Ötən ilin sonunda isə “Standard İnsurance Georgia” gəlirli olmadığı üçün xarici səhmdara satılıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button