2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Statistika deyir ‘artıb’, DİN deyir ‘dezinformasiyadır’

Son günlər sosial şəbəkələrdəki müzakirələrdə Azərbaycanda narkomaniyanın artdığı deyilir.

Milli Məclisin İnsan Haqları Komitəsinin üzvü Fazil Mustafa deyir ki, son tendensiya qadınların da narkomaniya ilə məşğul olmasıdır:

Saytların yığılması Saytlarin yigilmasi

“Bugün həbsxanalarda cəza çəkən insanların hardasa 50 faizindən yuxarısı narkotik məsələsinə görə cəza çəkirlər. Son vaxtlar qadınların kuryer kimi, bədənlərinin müxtəlif hissələrində narkotik keçirməyə cəhdlərə görə həbs olunması bunun daha geniş miqyasda təhlükə yaratdığını göstərir”.

Amma Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev AzadlıqRadiosuna deyir ki, bu sahədə cinayətkarlığın artması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil:

“Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı sosial şəbəkələrdə informasiyaların çox olması narkotik vasitələrin Azərbaycanda dövriyyəsinin artması kimi görünür. Ancaq bu, ayrı-ayrı cinayətkar qrupların Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərindən narahat olmasına görə yaydıqları dezinformasiyalardır. Bu dezinformasiyaların heç birinin hüquqi, həqiqi əsası yoxdur”.

Elşad Hacıyev vurğulayır ki, Daxili İşlər Nazirliyi narkotik cinayətlərinin üstünü uğurla açır.

Vəkil Aslan İsmayılov isə deyir ki, narkomaniyanın qarşısını almaq üçün anonimlik təmin olunmalıdır.

“Xüsusi bir qaynar xətt açılmalıdır. Anonimliyə təminat verilməlidir ki, vətəndaşlar müraciət etsinlər. Hamı gözəl bilir ki, küçədə, həyətdə narkotiki kim satır”.

Aslan İsmayılov bildirir ki, yalnız dövlət qurumları yox, vətəndaş cəmiyyəti də narkomaniyanın qarşısını almaq üçün səfərbər olmalıdır.

“Narkoman varsa narkotik də, narkobiznes də var”

O ki qaldı bu maddələrin mənbəyinə, Deputat Fazil Mustafa deyir ki, narkotik maddələr əsasən İrandan gətirilir.

Lənkəranda içtimai fəal Asən Həşimli da düşünür ki, narkomanların sayı rəsmi rəqəmlərdən bir neçə dəfə çoxdur. O da deyir ki, narkotik maddələr bölgəyə əsasən İrandan gətirilir:

“Pandemiya dövründə İrana gediş-gəliş dayandırılsa da, ölkəmizə narkotiklərin daşınması dayanmayıb. Demək olar ki, hər gün ölkə mətbuatında narkotiklərin müsadirə edilməsi barədə xəbərlər verilir. Tranzit yolun üstündəyik. Bu narkotiklərin müəyyən hissəsi İranla sərhəddə yerləşən rayonlarda yayılır. Əhali içərisində müşahidlər göstərir ki, narkomanların sayı kifayət qədərdir, azalmır. Narkoman varsa narkotik də, narkobiznes də var”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, narkomaniya üzrə həbslər artır. 2018-ci ildə təqribən 2400 nəfər narkotik vasitələrin qanunsuz dövriyəsinə görə məhkum olunmuşdusa, 2019-cu ildə bu rəqəm təqribən min nəfər artaraq 3200 nəfərə yüksəlib.

24 saat” “Statistika deyir ‘artıb’, DİN deyir ‘dezinformasiyadır’” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button