2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

Bu ilin ilk 10 ayı ərzində Azərbaycan əhalisinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artaraq 36,63 milyard manata çatıb.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Həmin dövrdə adambaşına düşən gəlir 3804,5 manat və ya aylıq 380,45 manat təşkil edərək 7,5 faiz həcmində yüksəliş nümayiş etdirib.
Hesabatda qeyd olunur ki, ilin ilk 10 ayı ərzində əhalinin sərəncamında qalan gəlirlərin həcmi 33,31 milyard manat təşkil edib. Bu, ötənilki dövrlə müqayisədə 9,1 faiz çoxdur.
Hesabat dövründə əhalinin gəlirlərinin 78,9 faizi istehlak məhsullarına, 9,1 faizi vergi, sığorta və üzvlük ödənişlərinə, 2,6 faizi kredit ödənişlərinə, 9,4 faizi isə digər ödəmələrə yönəlib.(Trend)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button