Loading...
Loading...
Siyasət

Ştaynmayer Ermənistana səfər edəcək

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer 29-30 iyun tarixlərində Ermənistana səfər edəcək.

Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ştaynmayer iyunun 29-u axşam erməni həmkarı Edvard Nalbandyanla danışıqlar aparacaq, Ermənistan prezidenti Serj Sarqsyanla görüşəcək. Qeyd olunur ki, nazirin görüşlərində əsas mövzu Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun himayəsi altında nizamlanması məsələsi olacaq.

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır
Back to top button