2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Stiven Siqal Donbasda film çəkir

Yayımlandı: 10 Avqust 2022 15:02

Rejissor Zelenskini Cenevrə Konvensiyasını pozmaqda ittiham edib

Aktyor, rejissor, Rusiya Xarici İşlər Nazirliyinin ABŞ-la humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi Stiven Siqal Donbasa səfər edib.

Saytların yığılması Saytlarin yigilmasi

Jurnalist, teleaparıcı Vladimir Solovyov “Telegram” kanalında bu haqda məlumat verib.

Bildirib ki, Siqal Donbasa müharibə haqqında sənədli film çəkmək üçün gedib.

Solovyov həmçinin sənədli filmdən kadrlar paylaşıb.

Siqal Yelenovka şəhərindəki təcridxananın xarabalıqlarına baş çəkib.

Kadrlarda “Biz Yelenovkadayıq, burada raket zərbəsi nəticəsində 50 nəfəri öldürülüb, 70 nəfəri yaralanıb”, – aktyor bildirib.

Siqal Ukrayna Prezidenti Volodimir Zelenskini Cenevrə Konvensiyasını (Hərbi əsirlərlə rəftar haqqında) pozmaqda ittiham edib.

2022-ci il iyulun 29-da Rusiya Müdafiə Nazirliyi əsir götürülmüş Ukrayna əsgərlərinin saxlandığı Donetskin Yelenovka şəhərindəki təcridxanaya Amerikanın “HIMARS” reaktiv yaylım atəşi sistemindən raket zərbələri endirilməsi barədə məlumat yayıb.

Bildirilib ki, raket zərbələri nəticəsində 40 ukraynalı hərbi əsir ölüb, 75 nəfər isə yaralanıb. Təcridxananın 8 əməkdaşı da yaralanıb.

Ukrayna Silahlı Qüvvələri “Donetsk Xalq Respublikası”nın (“DXR”) ərazisində yerləşən həbsxanaya zərbələr endirilməsini inkar edib.

Avqustun 1-də BMT-nin baş katibi Antonio Quterreş Rusiya və Ukraynadan istintaq təcridxanasına hücumun araşdırılması ilə bağlı sorğunun daxil olması ilə bağlı məlumat verib.

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) isə Yelenovkadakı həbsxanaya və ya hücumdan zərər çəkmiş hərbi əsirlərə baş çəkmək üçün rəsmi icazə ala bilmədiklərinə dair bəyanat yaymışdı.

2022-ci il fevralın 21-də axşam saatlarında Rusiya Prezidenti Vladimir Putin separatçıların nəzarətində olan “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“LXR”) adlı qurumları tanıyıb, həmin ərazilərə ordu yeridib.

Fevralın 24-də Rusiya Ukraynanın Donbas bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Sanksiyalar siyasət və iqtisadiyyatdan mədəniyyət sahəsinə də keçib.

Bir çox rus sənətçilərinə qadağalar tətbiq olunub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button