24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Stoltenberq: “NATO Ukrayna və Gürcüstanı qəbul edəcək”

Bakı/14.01.22 Şimali Atlantika Alyansı Ukrayna və Gürcüstanın üzvlüyü barədə qərar qəbul edib. Rusiya Federasiyasının bu məsələyə qarışmağa haqqı yoxdur. Bunu NATO-nun baş katibi Yens Stoltenberq La Repubblica qəzetinə müsahibəsində bildirib.

“Ukrayna üzvlük üçün ərizə verib və biz onun islahatlarını dəstəkləyərək, silahlı qüvvələrin bizim standartlara uyğun modernləşdirilməsinə yardım edərək bunun üzərində işləməyə qərar verdik.

2008-ci ildə qərara aldıq ki, Ukrayna və Gürcüstan NATO-ya üzv olacaqlar, amma biz bunun məhz nə vaxt baş verəcəyini müəyyənləşdirməmişik”, – Alyansın baş katibi bildirib.

Bununla yanaşı, o qeyd edib ki, NATO-ya daxil olub-olmayacağına yalnız Ukrayna özü qərar verə bilər, Moskvanın isə bu məsələyə müdaxilə etməyə haqqı yoxdur.

“Hazırda islahatlar gündəliyində Ukraynaya yardım durur. Təkrar edirəm: indi məsələ Rusiyanın təcavüzüdür . Onlar Ukraynanın bir hissəsini – Krımı işğal ediblər, separatçıların dəstəyilə Donbasa nəzarət edirlər, sonra isə  bizi milli suverenliyi pozan hüquqi qüvvəyə malik müqaviləni qəbul etməyə məcbur etmək istəyirlər”, – NATO-nun baş katibi fikrini yekunlaşdırıb.-02D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button