2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Strasburqda Azərbaycanla bağlı 35 qərarın icrası müzakirə edilib

Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) martın 7-dən 10-na kimi Strasburqda keçirilən 1459-cu toplantısında Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı ümumilikdə 35 qərarının icrası müzakirə edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə AzadlıqRadiosuna hüquqşünas Xalid Ağalıyev məlumat verib. Onun sözlərinə görə, qərarların 30-na “Qafqaz Məmmədov qrupu” daxilində nəzarət edilir. Qrupda sərbəst toplaşmaq azadlığı ilə bağlı işlərdən bəhs edilir. Orada, əsasən, azadlıq və toxunulmazlıq hüququnun pozuntusu tanınıb.

Ağalıyevin bildirməsinə görə, AŞNK-nın müzakirələrdən sonra bu qrupla bağlı qəbul edilən qətnaməsində bildirilir ki, üç iş üzrə kompensasiyalar hələ də ödənilməyib. Üstəlik, qurum bu işlərlə bağlı qanunvericilik sarıdan islahatları da zəruri sayır.

Həmin işlər 2010-2014-cü illərə aid şikayətlərlə bağlı olub.

AŞNK-nın toplantısında habelə “Anar Məmmədli qrupu”nda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi beş qərarın icrası da nəzərdən keçirilib. Söhbət hüquq müdafiəçisi Anar Məmmədli, jurnalist Xədicə İsmayıl və başqalarından gedir. Onların hamısı hazırda azadlıqdadır. Həmin qərarlar Konvensiyanın 18-ci maddəsinə (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) zidd olaraq məhkəməyə qədər onların həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.

Komitə hesab edir ki, onlarla bağlı məhkumluq ləğv edilməlidir.

İki il əvvəl sentyabrın 17-da AŞNK “Məmmədli qrupu”na daxil olan işlərlə bağlı yenə qərar açıqlamışdı. Həmin qrupda olanlar vaxtilə müxtəlif ittihamlarla (vergidən yayınma, iğtişaş salma və başqa ittihamlarla) həbs ediliblər. AİHM onların hüquqlarının pozulduğunu tanıyıb.

Bu qrupda əvvəllər daha çox şəxsin qərarı yer alıb. Onlardan ReAL Partiyasının sədri İlqar Məmmədov və bir çoxlarının adı qrupdan çıxarılıb. (onlara AİHM qərarından sonra Azərbaycanda bəraət verilərək təzminat ödənilib)

Hələlik, bu qərarlara Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button