2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Striptiz-spikerin” zibilxanaya atılmış kreslosu və Şəmkirli iş adamından alınmış 1 milyon avro rüşvət

Parlamentin yeni sədri Sahibə Qafarovanın islahatlarını bütün xalq izləyir. Prezidentin tapşırığı ilə, yeni spiker əfsanəvi nəhəng spiker kreslosundan imtina etməsi olub. Deputatlar zarafat edirdi ki, “Əsədov özünü Sezara oxşadır”. O məşhur kreslodan ki, uzun illərdən bəri “özünü buraxmış” Oqtay Əsədovun simvolik taxt-tacı hesab olunur və az qala, iki nəfərin yerini tuturdu. Xanım Qafarovanın keçən iclası həmin bəzəkli kreslodan deyil, ağ rəngli yeni yığcam kreslodan idarə etməsi, təbii ki, hamının diqqətini çəkib. Məclisdə, kulis arxasında danışılır ki, yeni sədr bütün deputatlara bir siyasi mesaj olaraq bu addımı atıb və onlara “sadə olun” demək istəyib. Eyni zamanda, deputatlara tapşırılıb ki, xaricdə mülk almağa qadağan edilsin və ailə üzvlərinin öz aparmalarına deputatlar nəzarət etsinlər. Qədimi kreslo isə Parlamentin muzeyinə göndərilib. Qoy gələcək nəsillər bilsin buraxılmış Parlamentin deputatları hansı kreslolardan istifadə edirdirdilər. Yeni sədrin bu jestini gənclərlə görüşdə İlham Əliyevin kreslo dəyişdirmə məsələsinə bənzədib xatırlaya də bilərsiniz. Bu bütün deputatlara ismarıcdır. Amma gəlin, indilik məclis sədrinin kral taxtına oxşayan bahalı kreslonu sadə kresloya dəyişməsini pozitiv mesaj olaraq qəbul edək. Çünki Azərbaycan parlamentində oturan deputatların düşüncə tərzində həqiqi mənada köklü dəyişikliklərə ehtiyac var. Bu adamların lüks, komfort, bahalı geyim vərdişləri elə bayağı həddə çatıb ki, ayaqlarının altını görməz olublar. Mahiyyətcə, ölkənin büdcə təsdiq edən qanunverici orqanı xalqın hər qəpiyinin üstündə əsməli və israfçılığa savaş açmalıdır. Ancaq 15 ildir bunun tam əksini görürük. Bilirsiniz, Azərbaycanlı deputatların varidatı, bahalı həyatı, biznes obyektləri təkcə yerli medianın deyil, dünya mediasının gündəminə qədər gedib çıxıb. On illərdir təyinatlı şəkildə mandat alan bu adamların harın övladlarının çıxardığı hoqqalar da bir başqa rüsvayçılıqdır. Özləri də il açılandan maaş artımı, avtomobil, katibə və sevgili davası döyüb dururlar. Bu adamları, həqiqi mənada, qanun çərçivəsinə salıb yerlərində oturdacaq bir dəmir əl lazım.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanlı deputatlar ifrat dərəcədə dəbdəbə hərisidir. Onların bu hərisliyi hətta başqa ölkələrdən gələn həmkarlarının da heyrətinə səbəb olur. Parlamentin dəbdəbəli mebel və kreslolara böyük pullar xərcləyərək israfçılıq etdiyi yeni söhbət deyil. Bu məsələ kənardan gələn qonaqların dilindən də dəfələrlə etiraf olunub. Xatırlayırsınızsa, bir il əvvəl də Milli Məclisdə olan Rusiya dövlət dumasının deputatları MM-nin iclas zalındakı şah taxtına bənzəyən, dünyanın ən bahalı kreslolarından heyrətə gəldiklərini bildirmişdilər. Doğrudan da, hansı görməmişin, talançının ideyası olub iclas zalını elə kobud, bahalı kreslolarla bəzəmək? Gerçəkdənmi, bunların arasında bir məntiqli adam tapılmayıb, çıxıb desin ki, rəsmi iclas zallarını bu taxtlarla bəzəmək israfçılıqdan başqa, həm də böyük görməmişlikdir. Minimum əmək haqqı 250 manat olan ölkənin deputatı dəyəri min dollarlarla ölçülən kresloda əyləşib, xalqın dərdi haqqında düşünə bilməz. Ölkəyə və ölkə insanına sevgi məhz bu məqamlardan başlanır. Yeni sədr sələfinin təmtəraqlı taxtından imtina edib, başqalarına da bu mesajı verib. Baxaq, bizim deputatlar bu jesti anlayacaqlar yoxsa yox? Azərbaycan parlamentində yeni qan dəyişikliyinə zəruri ehtiyac olduğunu hər kəs bilir. Amma  nə etmək ki, indiki halda bu komanda ilə yola davam etmək kimi bir məcburiyyət var ortada. O üzdən, hələlik bu komandaya qanunun diktəsi ilə oturub-durmağı öyrətmək lazım. Nəhayət ki, öyrətmək lazım!

Reformalara start

Nəhayət, Milli Məclisdə kadr islahatlarına start verilib və keşmiş “özünü buraxmış” spikerin qohumları, vəzifələri üçün pul vermiş adamlar haqda ölçülər götürülür. Oqtay Əsədovun köməkçisi Füzuli Əsəd oğlu Abbasov vəzifəsindən azad edilib. Reformalar haqda Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev Milli Məclis Aparatında kadr və struktur islahatları aparılacağını bildirmişdi. Qeyd olunmalıdır ki, Azərbaycan qanunvericiliyinə görə, qohumluğu olan dövlət qulluqçuları bir-birinin tabeliyində işləyə bilməzlər. Ancaq buna da əməl olunmurdu. Köhnə Parlamentdə hamı bir-biri ilə qohum idi.

Xatırladaq ki, F.Abbasov Oqtay Əsədov spiker təyin olunandan sonra onun köməkçisi təyin olunmuşdur. Parlamentdə kulis arxasında müzakirə olunur ki, keçmiş spiker və qohumları Fizuli Abbasovdan külli miqdarda pul almışdırlar. Lakin, F.Abbasovun gunahı olmayıb. O, Əsədov-Cövdarov-Mahmudov çinayyət sxemindən özü zərər çəkmişdir. O Milli Məclisin sədri köməkçisi vəzifəsindən azad edilərək, parlamentin Analitik informasiya şöbəsinə işə göndərilmişdir.

“Özünü buraxmış” deputat korpusu niyə MTN-nin quldurlarına xidmət edirdi

“Biz sənin papan ilə hələ çox iş görəcəyik bir yerdə…”-Ruslan Çövdərova bu sözləri təz-tez keçmiş spikerimiz deyərdi. MTN-nin bütün şəxsi heyəti bilirdi ki, istənilən zabitin oğlu Parlamentə dərhal işə götürülürdü. Əsədov MTN şefi Mahmudovdan çox qorxurdu. Parlamentdə MTN balaları arasında məşhur quldur Çövdərovun oğlu Ruslan da var idi. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovun oğlu Ruslan Çovdarov MM aparatının İqtisadi qanunvericilik şöbəsində sektor müdiri vəzifəsində işləyirdi. Qeyd edək ki, A.Çovdarov məlum MTN olaylarında adı ən çox hallanan generallardan biri idi. Əsədov Milli Məclis Aparatında işləyən işçilərin ya da pul alırdı ya da Azərbaycanda bu və ya digər yüksək vəzifələrdə və yaxud ölkə reallığında qəbul edilən vəzifələrdə çalışan şəxslərin ya övladları, ya da yaxın qohumlarını təyin edirdi. Sonra da Əsədov o adamlardan siyasi dividendlər yığırdı. Yəni bu, Parlamentin reallığı idi. Tam məsuliyyətlə demək olar ki, Akif Çovdarovun cinayətkar əməlləri bütün Azərbaycan ictimaiyyətinə bəlli idi. Parlamentin sədrinə də.

Parlament vasitəsilə hakimiyyəti devirmək planı
Hakimiyyətə məlum oldu ki, “striptiz-spiker” Eldar Mahmudova məlumatlar ötürürdü, hətta Mahmudovun hakimiyyəti devirmək planına dəstək verməli idi. Eldar Mahmudov Mehriban Əliyevə haqda kompromat xarakterli məlumatları toplayırdı. Plan belə idi, Əliyevlər ölkədə olmayanda, Eldar Mahmudov MTN-nin “spetznaz”ı vasitəsilə hakimiyyəti devirir, Parlament isə yeni hakimiyyətin leqitimliyini təmin edir. Ona görə də, bankir C.Haciyev dövlətdən oğurluğu pulu qaytarmaq istəmirdi. Düşünürdü ki, qudası Eldar Mahmudov tezliklə Prezident olacaq. Mahmudov isə Əsədovdan “Azərsu”yun bütün sirrlərini öyrənirdi və “Azərsu”nun yeni şefini dolayısı yollarla şantaj etdirirdi. “Azərsu”yun şefi Hüseynov bilirdi ki, bu məlumatları Mahmudova məhz Əsədov təqdim edirdi. Bu oyunu da Mahmudov-Əsədov uduzdular. Nəticədə Qorxmaz Hüseynov Mahmudovun bütün qohumarını və adamlarını “Azərsu”dan işdən azad etmişdir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button