2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Su-24 qırıcısı niyə vuruldu? – Şok iddia

24 noyabrda Rusiyaya məxsus Su-24 qırıcısı vurularkən Türkiyənin F-16-ları ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən yönləndirilib.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) keçmiş sədr müavini Villi Vimmer çıxış edib.

Onun sözlərinə görə, hadisədən öncə sözügedən dövlətlər koordinatları pilotlara ötürüb:

“Hadisə zamanı bir ABŞ və bir Səudiyyə Ərəbistanı təyyarəsi havaya qalxıb. Rusiya bombardmançı təyyarəsini belə asanlıqla vurmaq olmaz, bunun üçün qırıcı hədəfə yönləndirilməlidir. Bunu da yalnız havaya qalxan digər təyyarələr vasitəsi ilə etmək olar.

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ təyyarəsi Kiprdən havaya qalxıb, digəri isə Səudiyyə Ərəbistanından. Bir təyyarənin hava sərhədini pozması zamanı hansı nəticələrə gətirib çıxara biləcəyini tənzimləyən NATO qaydaları var. Rusiya bombardmançısını vurdular, çünki onu vurmaq istədilər.

Bir hadisə beynəlxalq qaydalara tabe olmadan həyata keçirilirsə, deməli, orada siyasi maraqlar var. Böyük ehtimalla Türkiyənin Rusiya ilə münasibətini pozmaq üçün bunu etdilər”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button