2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Sübut etmək lazımdır ki, dinc yanaşı yaşama mümkündür

***

-Əvəz bəy, son vaxtlar hakimiyyətyönlü mediada tez-tez Azərbaycanın may ayının əvvəllərində Qarabağın dağlıq hissəsində antiterror əməliyyatlarına başlayacağı barədə məlumatlar dərc olunur. İndiki şəraitdə bunu etmək mümkündürmü?

-Əvvəla onu deyim ki, heç bir ciddi hakimiyyətyönümlü qəzet və sayt bu barədə yazmayıb. Bu bəyanatlar hakimiyyətə yaxın görünmək istəyən, populyarlığı ilə seçilməyən, hakimiyyəti tənqid edərək Qarabağ məsələsində həll olunmamış məsələləri ona qəbahət kimi irəli sürən siyasətçilər tərəfindən irəli sürülür. Xüsusən də guya konkret tarix açıqlayan siyasətçilər ya proseslərdən xəbərsizdirlər, ya da hakimiyyəti provokasiyaya çəkmək istəyən adamlardır.

Saytların yığılması Saytlarin yigilmasi

“Antiterror” əməliyyatı sülhməramlıların nizamlama, mina təmizləmə, müharibəfən sonrakı nəticələrin aradan qaldırıldığı bir müddətdə, ərazinin tam olaraq sülhməramlıların nəzarəti öz üzərinə götürdüyü bir məkanda olacaq? Bunu kim edəcək? Sülhməramlılar bu əməliyyata necə baxacaqlar?

Ona görə də bütün bu deyilənlər fərdlərin fantaziyasıdır.

-Bu məlumatlar hansısa dairədən hakimiyyətyönlü mediaya sızdırılmasa bu məlumat dərc olunmaz. Görünür ya bu doğrudan baş verəcək və ya burda kimlərəsə mesaj verilir? Sizcə hansı versiya daha çox realdır? Və bu məlumat sızdırlmasının məqsədi nə ola bilər?

-Qeyd etdiyim kimi, mən hər hansı ciddi hökumət strukturları və mənbələrində bu kimi xəbərə rast gəlməmişəm.

İnanmıram ki, Dağlıq Qarabağ bölgəsində, işğaldan azad olunan ərazilərdə bərpa işlərinə böyük diqqət yetirən dövlət hər hansı bir gərginliyin baş verməsinə maraqlı olsun. Hakimiyyətin indi bütün diqqəti ərazilərin minadan təmizlənməsi, həmin ərazilərə investisiya cəlb olunması və bərpa işlərinə vəsait toplanmasına yönəlib. Ona görə də, hakimiyyətdə kiminsə Qarabağda hansısa bir siyasətçinin sözünə və yaxud bəyənatına uyaraq hansısa əməliyyat planlaşdırmasını ehtimal etmək özü belə qeyri-ciddidir.

Bu kimi bəyanatların ciddi mənbəyi yoxdur. Ona hakimiyyətin maraqlı olmasını düşünməyə əsasım yoxdur.

-Azərbaycanın belə əməliyyatların aparılmasına hüququ varmı?

-Təbii ki, Azərbaycan terror  təhlükəsini görəcəyi halda istənilən bölgədə əməliyyat aparmaq haqqı var. Qarabağ bölgəsi indi müharibədən yeni çıxmış bölgədir. Orada sülhməramlı qüvvələr var. Əgər sabah orada hər hansı terror baş verəcəksə, onu ilk olaraq sülhməramlı qüvvələr aradan qaldırmalı olacaq. Çünki, Qarabağda vəziyyətin nəzarətdən çıxması ilk növbədə sülhməramlı qüvvələrin məsuliyyəti və imicinə təsir edəcək. İnanmıram ki, hələ razılaşmadan 6 ay keçməmiş kimsə vəziyyəti terror həddinə qədər çatdıra bilsin.

-Bu məlumatı yazanlar Azərbaycan Türkiyə ordularının birgə təlimlərini əsas kimi götürürlər. Qarabağın xəritəsinin daha çox təmizlənəcəyi, ermənilərin Xankəndiyə cəmləşdirilməsi, daha sonra hədəf kimi Xankəndinin seçilməsi kimi iddialar da var. Həmçinin Rusiyanın prosesə müdaxiləsinin qarşısını almaq üçün “İsgəndər M” raketinin Şuşada qalıqlarının tapılması məsələsinin qabardılması da əsas kimi göstərilir. Yenə də həmin suala qayıdıram ki, niyə bu məlumat tirajlanır və hansı məqsədi daşıyır?

-Bu məlumat yenə də fərdlərin fərziyyəsidir. Rusiya və Türkiyə bölgədə əldə olunan razılaşmanın saxlanması üçün monitorinq aparmağı razılaşıblar. Onların bu razılaşmanı pozmasını düşünmək o deməkdir ki, sabah monitorinq mərkəzinə ehtiyac qalmayacaq, əgər Rusiya bölgədən Türkiyəni çıxarmaq üçün təxribatlar edəcəksə, onda Rusiyanın özünün də burada qalmasına Azərbaycan imkan verməyəcək.

-Sizcə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə silahlı qruplaşmalardan qurtulmaq üçün hansı addımları atmalıdır? Və eləcə də hələ də ermənilərin nəzarətində olan ərazilərin Azərbaycana qaytarılması üçün nə etməlidir?

-Bundan ötrü ilk növbədə ötən il noyabrın 10-da imzalanmış müqavilənin şərtlərinə əməl olunmasına nail olmaq lazımdır. Azərbaycan həmin ərazilərdə yaşayan insanlarına dinc yaşayışın mümkün olduğunu isbatlamaqda maraqlı olmalıdır.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button