2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Sudakı milyonlar…

Sentyabrın 7-də Prezident İlham Əliyev 7 rayonda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair sərəncam imzalayıb. Sərəncamda göstərilən məqsədlərə ehtiyat fondundan 1.4 milyon manat pul ayrılacaq.

Bu, ilk belə sərəncam deyil. Təkcə bu il mayın 29-da əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması işlərinin davam etdirilməsinə dair əlavə tədbirlərə Prezidentin ehtiyat fondundan “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə (ASC) 20 milyon manat ayrılıb.

Hələ, ötən il iyulun 23-də dövlət başçısı su təsərrüfatının vəziyyətinə həsr edilən müşavirədə demişdi ki, bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. “…O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır”, – o vurğulamışdı.

Saytların yığılması Saytlarin yigilmasi

“15 faizdən çox su qıtlığı var”

“Meliorasiya və Su Təsərrüfatı” ASC-dən “Turan”a bildirilib ki, hazırda Azərbaycanda 15 faizdən çox su qıtlığı mövcuddur: “Su qıtlığının aradan qaldırılması üçün sistemin yeniləşməsinə tələbat var”.

Qurumun məlumatına görə, ümumilikdə, respublika üzrə 1.4 milyon hektardan artıq sahə suvarma suyu ilə təmin olunur: “Azərbaycan üzrə 22 kanalın suvarma şəbəkələrinin bərpası işlərinə başlanılıb. Ölkədə sudan daha səmərəli istifadə etmək məqsədilə müzakirələr aparılır. Su qrafikləri tərtib olunur və elektron kənd təsərrüfatı sisteminə ötürülür”.

ASC-dən bildirilib ki, bu il prezidentin sərəncamları ilə 338 yaşayış məntəqəsində 443 subartezian quyusunun layihə-smeta sənədləri hazırlanmaqla qazılması sona çatdırılıb.

“Ölkənin su problemi olduqca ciddidir”

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli isə AzadlıqRadiosuna bildirib ki, sentyabrın 6-da haqqında bəhs edilən sərəncam ilə 20 yaşayış məntəqəsində subartezian quyusunun qazılması nəzərdə tutulur: “Subartezian quyulardan o qədər az su çıxır ki, bu, əhalinin yalnız içməli suya olan tələbatının cüzi bir hissəsini ödəyə biləcək”.

Ekspertin sözlərinə görə, ölkənin su problemi olduqca ciddidir: “Burada söhbət bütün kənd və rayonlarından gedir. Elə bir kənd və rayon yoxdur ki, orada həm içməli suya, həm də suvarma suyuna olan ehtiyac tam ödənilsin”.

Keyfiyyətə gəlincə, ekspert hesab edir ki, həm içməli, həm də suvarma məqsədilə istifadə olunan su yararsızdır: “Kür və Araz çaylarının suyundan istifadə olunur. O suyun tərkibində ziyanlı maddələr var və su onlardan təmizlənmir”.

“Vəsaitin böyük hissəsi məmurların cibinə gedir”

V.Məhərrəmlinin fikrincə, su təminatının yaxşılaşdırılması məqsədilə ayrılan vəsaitin böyük hissəsi məmurların cibinə gedir. O qeyd edib ki, suvarma suyuna olan ehtiyac ödənilmədiyindən ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatını ödəmək mümkün deyil: “Sudan qənaətlə istifadə etmək lazımdır, bu iş, nəhayət, təşkil olunmalıdır. Bu olmur, çünki hökumət bu sahəyə pul xərcləmək istəmir. Əvvəl süni göllərin yaradılması nəzərdə tutulmuşdu. Lakin həmin göllərdən keçən kanalların tikilməsinə əlavə vəsait lazım olduğuna görə bu iş dayandı”.

Ekspert deyir ki, iqlim dəyişikliyi baş verir və həm insanların suya ehtiyacı artıb, həm də su təminatı azalıb: “Əvvəlki kimi su mərhələli şəkildə gəlmir. Əvvəl dağlara çoxlu qar yağardı, buzlaqlar əmələ gələrdi və onlar əriyəndən sonra mərhələ-mərhələ avqustun axırına kimi suya olan ehtiyaclarımız o formada ödənilərdi. İndi dağlara bir o qədər qar yağmır, amma onu intensiv yağışlar əvəz edib. Həmin vaxtı suyun bir hissəsini su anbarlarına yığmaq və yayda ondan istifadə etmək lazımdır”.

O vurğulayıb ki, əhalini içməli və suvarma suyu ilə təmin etmək çox asandır: “Ölkədə 1 milyon 400 min hektar suvarılan ərazi var. Bu qədər ərazinin suvarılması üçün təxminən 3 milyard dollar vəsait lazımdır. Bu nə qədər böyük vəsaitdir ki? Amma buna da getmirlər”.

Xatırlatma

Ötən il iyulun 23-də Prezident İ.Əliyev demişdi ki, Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Onun qeyd etməsinə görə, indi isə bu rəqəm 70 faizə çatıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button