Dünya

Sudan generalı çevriliş cəhdi səbəbindən ‘fövqəladə vəziyyət’ elan edib

Loading...

Sudanın baş general-leytenantı Abdel Fəttah əl-Burhan fövqəladə vəziyyət elan edib və son iki ildə ölkəni idarə edən sivil-hərbi birgə şuranı ləğv edib.

Əl-Buran hərbi qüvvələrin Baş nazir Abdalla Hamdok və hakim Suveren Şuranın digər rəsmilərini həbs etdikdən sonra bazar ertəsi keçirdiyi mətbuat konfransında danışıb.

İnternetdə açıqlamalar verməyə davam edən Sudanın İnformasiya nazirliyi Hamdokun çevrilişə dəstək verməkdən imtina etdiyi üçün həbs edildiyini bildirib.

Hamdokun həbsi ilə bağlı xəbərlərdən sonra bazar ertəsi Xartumda etirazlar başlayıb. Xartumun paytaxtında olan jurnalist Maykl Atit Amerikanın Səsinin Cənubi Sudandakı “Focus” proqramına verdiyi müsahibədə əksəriyyəti gənc olan minlərlə insanın küçələrdə olduğunu və şəhərin mərkəzinə doğru getdiyini bildirib. O, küçələrdə silah səslərinin eşidildiyini və təkərlərin yandığını gördüyünü qeyd edib.

Atit internet və radio stansiyaları da daxil olmaqla, Xartumdakı əksər telekommunikasiyaların bağlandığını deyib. Vətənpərvərlik musiqisi yayımlayan yalnız dövlət televiziyası yayımı davam etdirib.

İqtisadçı və Birləşmiş Millətlər Təşkilatında diplomat olmuş Hamdok 2019-cu ilin avqust ayında ölkənin müvəqqəti baş naziri seçilmişdi. O, geniş küçə etirazları zamanı həbs edilən diktator Ömər əl-Bəşirin devrilməsindən sonra hakimiyyəti ələ alan müvəqqəti hökumətə rəhbərlik edir. Ölkə gələn ilin sonunda seçkilərə hazırlaşır və konstitusiyaya görə, Hamdok seçkilərə qatıla bilməz.

Ancaq Hamdok ölkənin hərbi qüvvələri tərəfindən sərt müqavimətlə üzləşib. Sentyabrın 21-də əl-Bəşirə sadiq qüvvələr tanklardan istifadə edərək, əsas körpünü bağlayıb hakimiyyəti ələ keçirməyə çalışmışdı. Çevrilişin qarşısını alınmış, onlarla əsgər həbs edilmişdi.

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button