Sülh müqaviləsinin layihəsində Qarabağ separatçılarının liderlərinin azad edilməsi haqqında bənd yoxdur
Yerevan və Bakı arasında sülh müqaviləsinin layihəsində Qarabağ liderlərinin qaytarılması haqqında məsələ yoxdur. Bu barədə jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
Ermənistan noyabrda Bakıda keçiriləcək COP-29 iqlim sammitində iştirakının şərti kimi əsirlərin qaytarılması məsələsini irəli sürə bilər? Bu suala cavabda Simonyan deyib ki, Ermənistanın iştirakının məqsədəuyğun olub-olmadığına qərar vermək lazımdır. Onun sözlərinə görə, Yerevan sülh müqaviləsinin imzalanmasının, əsirlər məsələsinin və digər məsələlərin eyni zamanda həll olunmasına üstünlük verərdi.
Daha sonra o, Qarabağın keçmiş liderlərini rəsmi Yerevanın fikrini nəzərə almadan qərarlar qəbul etməkdə ittiham edib. Onun sözlərinə görə, Qarabağ rəhbərliyi Dağlıq Qarabağın buraxılması haqqında qərar qəbul edib və bu haqda Ermənistan rəhbərliyinə son anda məlumat verib.
“Bu, müzakirə olmayıb, bizə zəng etməyiblər, nə düşündüyümüzü, mövqeyimizin necə olduğunu, necə münasibət göstərdiyimizi soruşmayıblar, bizə deyiblər ki, biz belə qərar verdik”. Bu zaman Ermənistan “öz övladlarını qurban verib, öz büdcəsini azaldıb və Dağlıq Qarabağın mövcudluğunu təmin edib. Əmək haqqı, kommunal ödənişlər, ordu – Qarabağda bütün bu xərcləri Ermənistan qarşılayırdı”, deyə o qeyd edib.