Sülhməramlıların Qarabağnda çıxarılması prosesi davam edir
Rusiya sülhməramlılarının Qarabağda mərhələli şəkildə çıxarılması prosesi davam edir. Gəncə şəhəri yaxınlığındakı Qoran dəmir yolu stansiyasına vaxtaşırı zirehli texnika, xüsusi texnika, yanacaq tankerlərindən ibarət avtomobil karvanları gəlir. Texnika şəxsi heyətlə birlikdə platformalara yükləndikdən sonra Rusiyaya yola düşür.
Rus zabitlərdən biri Turan-ın müxbiri ilə söhbətində deyib ki, qoşunların çıxarılması mayın sonlarına qədər davam edəcək.
Kontingentin çıxarılması haqqında qərar aprelin ortalarında qəbul edilib, proses ayın 16-da başlayıb.
Sülhməramlılar 2020-ci ilin noyabrında İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra Qarabağa yerləşdirilmişdi.
To view this video please enable JavaScript, and consider upgrading to a
web browser that
supports HTML5 video