2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Sülhməramlılar Ağdərə rayonunda kənd təsərrüfatı sahələrini minalardan təmizləməyə başlayıblar

Bakı/06.12.21 Rusiya sülhməramlıları Qarabağda Ağdərə (Mardakert) şəhərinin ərazilərini minalardan təmizləməyə başlayıblar, bu barədə Rusiya Müdafiə Nazirliyinin 6 dekabr tarixli məlumatında deyilir.

Hərbi qulluqçular yaşayış məntəqlərinin və yaxınlıqda kənd təsərrüfatı və mal-qara otarılması üçün nəzərdə tutulmuş ərazilərin təmizlənməsi üzrə işlərə başlayıblar.

“Bu gün təxminən 1,5 hektar ərazi minalardan təmizlənib, ümumilikdə 400 hektar ərazinin təmizlənməsi planlaşdırılır. İşlər zamanı 2 partlayıcı predmet aşkar olunub”, deyə məlumatda bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Ümumilikdə 23 noyabr 2020-ci il tarixindən etibarən sülhməramlı mühəndis-istehkam qrupları 2 322,1 hektar ərazini, 683 km yolu, 1937 binanı təmizləyib, 26 078 partlayıcı predmet aşkar olunub və zərərsizləşdirilib, deyə məlumatda bildirilir.

Məlumatdan göründüyü qədər, indiyədək bu rayonda minatəmizləmə işləri həyata keçirilməyib, baxmayaraq ki, Qarabağda 1 ildən çoxdur minatəmizləmə işləri aparılır. Bu məlumat Ermənistan tərəfin bütün rayonların mina xəriitələrini təqdim etməsi haqqında məlumatla eyni vaxta təsadüf edib. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button