2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Sülhməramlılara yeni komandir təyin edilib?

Bakı/11.01.22 Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinə general-mayor Andrey Volkov rəhbərlik edəcək. Bu barədə çərşənbə axşamı Ermənistan KİV-ləri sülhməramlıların komandanlığına istinadla məlumat yayıb. 

Mənbənin məlumatına görə, komandir dəyişikliyi plan üzrə rotasiya çərçivəsində həyata keçirilir.

General-mayor Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin mayına qədər Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandir müavini olub. Həmin vaxt sülhməramlılara general-leytenant Rüstəm Muradov rəhbərlik edirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Hazırda Volkov Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisidir.

2021-ci ilin sentyabrından Qarabağdakı sülhməramlı kontingentin komandiri vəzifəsini general-leytenant Gennadi Anaşkin tutur. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button