2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Sülhməramlıların komandanı Qarabağda həbs edilmiş Azərbaycanlı hərbiçiyə baş çəkib

Bakı/03.09.21 Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin komandanı general Rüstəm Muradov sentyabrın 3-də Qarabağda həbsdə olan Azərbaycanlı hərbi qulluqçu Cəmil Babayevə baş çəkib. Bu barədə Ermənistan KİV-ləri sülhməramlıların qərargahına istinadla məlumat yayıb.

“Muradov Babayevin saxlanma şəraiti və sağlamlıq vəziyyəti ilə tanış olub. Babayevin xahişi ilə ona doğmaları və ailə üzvləri ilə əlaqə saxlamaq imkanı yaradılıb”, deyə məlumatda bildirilir.

Cəmil Babayev avqustun 25-də Ağdərə (Martakerd) şəhərində girdiyi evdə saxlanılıb. Ermənistan tərəfin versiyasına görə, o, yemək və siqaret istəyib. Evdə olan şəxslər polis çağırıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Öz növbəsində, Azərbaycan Müdafiə Nazirliyi Babayevin Gəncədəki hospitalın psixiatriya bölməsini özbaşına tərk edərək Qarabağa getdiyini bildirib. Hazırda onun barəsində həm erməni separatçılar, həm də Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button