2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Sultan” Ərdoğanın dəbdəbəli sarayı: 1100 otaq və 9 milyon dollarlıq xalçalar (FOTO)

Osmanlı sarayını xatırladan iqamətgah 3 ilə tikilib

Türkiyədə konstitusiya dəyişikliyini nəzərdə tutan referendumdan sonra prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyətləri daha da artıb.

İstiPress “Daily Mail”ə istinadən xəbər verir ki, referendumdan sonra britaniyalı jurnalistlər Rəcəb Tayyib Ərdoğanın böyük iqamətgahı haqda yeni təfərrüatlar əldə ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyənin paytaxtı Ankarada yerləşən “Ağ Saray” rezidensiyası 1100 otaqdan ibarətdir və onun 250-si Rəcəb Tayyib Ərdoğan və onun ailəsinin istifadəsinə verilib.

Jurnalistlərin məlumatına görə, “Ağ Saray” son 100 ildə dünyada tikilmiş ən möhtəşəm saraydı. Onun sahəsi Ağ evdən təxminən 50 dəfə böyükdür. Sarayın tikintisinə 600 milyon dollardan çox vəsait xərclənib. İqamətgahda olan yalnız xalçaların qiyməti 9 milyon dollara bərabərdir. 3 metr hündürlükdə 400 cüt ikiqatlı qapılar 6,2 milyon dollara başa gəlib.

Binanın isidilməsinə hər mövsüm 620 min dollar xərclənir.

Qeyd edək ki, saray 3 ilə tikilib. Tikinti 2014-cü ildə başa çatıb. Ağ Saray ekoloji təmiz sahədə tikilib, bunun üçün yüzlərlə ağac kəsilib.

 moderator.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button