Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb - 24 saat xəbərlər
Now Reading:
Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb
Full Article 30 second read

Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb

Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb.
Sumqayıt vağzalında Bakıya gəlmək istəyən sərnişinlər yarım saatdan çoxdur qatar gözləyir. Belə ki, saat 08:50 qatarı gəlməyib, 09:17 qatarının isə yolda olduğu bildirilib.
Nəticədə stansiyada sıxlıq yaranıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova “Report”a açıqlamasında bildirib ki, Sumqayıt-Bakı elektrik qatarının gecikməsinə Keşlə stansiyasında elektrik xəttində yaranan nasazlıq səbəb olub: “Bu səbəbdən qatar 40 dəqiqə gecikib. Hazırda problem aradan qaldırılıb”.

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.