2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Sumqayıt nəqliyyatında ‘dədə-baba’ sistemi…

Azərbaycanın ikinci ən böyük şəhəri -Sumqayıtda avtobus kartları ilə bağlı şikayətlər var. Adlarının çəkilməsini istəməyən yerli sakinlərin şikayətlərinə görə, ötən ilin sentyabrında Sumqayıtda əhali arasında maarifləndirmə işi aparmadan sərnişin nəqliyyatında kart sisteminə keçilib. İddialara görə, elə birinci gündən də problemlər başlayıb – satış qiyməti 2 manat olan avtobus kartları qəzet köşklərində 2.5 manata təklif edilib, kartda 2 manat bonus olduğu qeyd edilsə də, bu da olmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Habelə, yerli sakinlərin vurğulamasına görə, bir qədər sonra insanlar kütləvi kart almağa başlasa da, sonra onların işləmədiyi üzə çıxıb. Ötən ilin noyabrından isə Sumqayıtda ictimai nəqliyyat əvvəlki, kartsız sistemə qayıdıb.

Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsindən “Turan”a bildirilib ki, kartlar tətbiq edilən dövrdə onların 2.5 manata satılması ilə bağlı şikayətlər olub: “Biz bununla əlaqədar nəzarətçilərimizi cəlb etdik, lakin qeyd olunan hallar aşkarlanmadı”.

Qurumun məlumatına görə, hələ ötən il Türkiyədən avtobusda quraşdırılan 206 yeni validator aparatı sifariş verilib: “Bu məsələ ilə “Sumqayıt Nəqliyyat” MMC məşğul olurdu. İndi bu məsələ ilə kim məşğul olur, vəsait ayırır və xaricdən gətirilməsini təmin edir, bu haqda məlumatımız yoxdur”.

“Sumqayıt Nəqliyyat” MMC-dən isə “Turan”a deyilib ki, məsələ Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin səlahiyyətindədir: “Qərarı sərnişindaşıma idarəsi tənzimləyir. Həmin qurumun bizə verdiyi rəsmi məktublar əsasında işə başlayırıq. Hələ ki, məsələ ilə bağlı yenilik yoxdur. Amma gələcəkdə Sumqayıt avtobuslarının kart sisteminə keçməsi nəzarətimizdədir”.

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov AzadlıqRadiosuna bildirib ki, dünyanın əksər yerində ictimai nəqliyyatda ödəniş nağdsız şəkildə həyata keçirilir: “Nəinki Sumqayıtda, bütün ölkə üzrə avtobuslarda nağdsız ödəniş sisteminə keçmək lazımdır. Kart bu variantlardan biridir”.

O qeyd edib ki, Sumqayıtda kartla bağlı yaranan problem mütləq araşdırılmalıdır. Onun fikrincə, avtobuslarda kartla gediş bərpa olunmasa, kart alan vətəndaşlara pul qaytarılmalıdır.

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, bu problem səriştəsizliyin nəticəsidir: “Belə vəziyyətlər yarananda çox zaman şirkətlər məsuliyyəti bir-birinin üzərinə atır. Nəticədə isə vətəndaşlar ziyan görür”.

İqtisadçının sözlərinə görə, burada korrupsiya elementi də ola bilər: “Aparatların quraşdırılması, kartların verilməsi ilə bağlı tenderlər keçiriləndə yaxın şirkətlərə verilə bilər. Azərbaycanda zatən tenderlər və dövlət satınalmalarının böyük əksəriyyəti bu sistem üzərində qurulub”.

24 saat” “
Sumqayıt nəqliyyatında ‘dədə-baba’ sistemi…
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button