Now Reading:
Sumqayıt sahibkarlarına “İcra hakimiyyətinə yardım” zülmü

Sumqayıt sahibkarlarına “İcra hakimiyyətinə yardım” zülmü

Zakir Fərəcov Sumqayıtın icra başçısı vəzifəsinə təyin olunandan sonra şəhərdə xeyli dəyişiklik baş verib.

Söhbət Sumqayıtda aparılan abadlıq və yenidənqurma işləri sayəsində şəhərin müsbət mənada dəyişməsindən gedir. Bu yerdə xüsusilə bulvarın yenidən qurulmasını göstərmək olar.

Lakin aparılan abadlıq və yenidənqurma işləri həm də şəhərdə fəaliyyət göstərən sahibkarlar üçün başağrısına çevrilib. Az24saat.org xəbər verir ki, abadlıq və yenidənqurma işlərinin daxili imkanlar hesabına aparıldığından sahibkarların üzərinə böyük yük düşüb. İddia olunur ki, sahbkarlar şəhərdə aparılan abadlıq və yenidənqurma işlərinə yardım etməyə mükəlləfdilər. Bildirilir ki, “İcra hakimiyyətinə yardım” kampaniyası 1000 manatdan 30 min manata qədər qalxa bilir.

İddia olunur ki, bəzi sahibkarlar buna etiraz etsələr də, nəticəsi olmayıb. Daha doğrusu, nəticə pis olub. Həmin sahibkarların fəaliyyətinə ciddi müdaxilələr edilib. Nəticədə onlar şərtləri qəbul etmək məcburiyyətində qalıblar.

Bununla da şəhərdə xırda və orta sahibkarlıq mahiyyətini itirib. Nəticədə isə Zakir Fərəcovun “uğuru” ölkə rəhbərliyinin xoşuna gəlib. Məhz bu “uğurun” sayəsində o, Bakı meri vəzifəsinə real namizədlər sırasına adını yazdıra bilib.

Məlumat üçün deyək ki, Zakir Fərəcov Sumqayıtın icra başçısı təyin ediləndən prezident İlham Əliyev şəhərin abadlıq işləri üşün 20 milyon manatdan artıq vəsait ayırıb.

Prezident Sumqayıtdakı abadlıq işləri ilə bağlı 2015-ci ilin sentyabrın 27-də (Zakir Fərəcov Sumqayıta icra başçısı təyin ediləndən 25 gün sonra) 5 milyon, həmin ilin oktyabrında 3,7 milyon, həmin ilin dekabrında 5 milyon, 2016-cı ilin iyununda isə 10 milyon manat vəsait ayrılması barədə sərəncam imzalayıb.

az24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.