2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Sumqayıtda ana doğuşdan sonra öldü

Azərbaycanda daha bir ana ölümü baş verib. Bu dəfə isə Sumqayıtda. Belə ki, doğuş ana ölümü ilə nəticələnib.
Xeberle.com-un məlumatına görə, hadisə 2 saylı Doğum evində qeydə alınıb. Belə ki, doğum evinin həkimi Nazilə Abdullayevanın apardığı qeysəriyyə əməliyyatı zamanı uşaq sağ qalsa da ananın vəziyyəti pisləşərək həyatını itirib.
Belə ki, 1988-ci il təvəllüdlü Məmmədova Gülsüm Ramil qızı körpəni dünyaya gətirdikdən sonra dünyasını dəyişib. 29 yaşlı Gülsümün ölməsinə doğuşdan sonra daxili qanaxmanın səbəb olduğu deyilir. Qan köçürülmə olsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun yaxınları onun ölümünü həkim səhlənkarlığı ilə əlaqələndirirlər.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinə təhvil verilib.
Xatırladaq ki, bu son 3 ayda Sumqayıtda doğuş zamanı baş verən ikinci ana ölümüdür.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button