Now Reading:
Sumqayıtda aptekdə güclü yanğın: təxliyyə edilənlər var – VİDEO

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.
Xeberle.com-un məlumatına görə, şəhərin 20-ci məhəlləsində “Seymur” adı ilə tanınan aptekdə güclü yanğın olub. Yanğın nəticəsində ümumi sahəsi 62 m2 olan aptekin anbarının yanar konstruksiyaları və içərisində olan ləvazimatlar 30 m2 sahədə yanıb.

Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub. Alov ram edilib və digər ərazilərə keçməsinin qarşısı alınıb. Binadan 4 nəfər təxliyyə olunub.
Yanğının baş vermə səbəbləri araşdırılır.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.