2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Sumqayıtda kütləvi zəhərlənmə: Səbəb çox qəribədir – VİDEO

Sumqayıtda kütləvi zəhərlənmə olub.

Xəzər TV xəbər verir ki, 12 nəfər kimyəvi inhalyasion zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasından verilən məlumata görə, müraciət edən vətəndaşlardan biri 45 yaşlı Mətanət Abdullayevanın vəziyyəti ağır olduğundan dərhal reanimasiyaya yerləşdirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Digər 11 nəfər həkim nəzarətində olmaqla, ambulator müalicəyə buraxılıb. Məlumata görə, xəstəxanaya müraciət edən 12 nəfərin hamısı bir avtomobildə olublar. Onların Sumqayıt şəhərində toy məclisindən çıxıb Hacı Zeynalabdin qəsəbəsi istiqamətində hərəkətdə olarkən həmin ərazidə fəaliyyət göstərən müəssisələrdən birindən havaya buraxılan kimyəvi tərkibli tüstüdən zəhərləndikləri bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları əməkdaşları tərəfindən araşdırmalar aparılır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button