2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Sumqayıtda məmurlar təsərrüfat sahəmizə basqın edib”

Vətəndaş Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsindən prezidentə şikayət edir

 “Mayın 3-də səhər saatlarında Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin təxminən 30-a yaxın əməkdaşı bizə məxsus təsərrüfat sahəsinə sözün əsl mənasında basqın edib.Onlar qapını sındıraraq içəri daxil olublar. Daldanacağı uçurublar. İçəridəki əşyalarımızı, o cümlədən televizoru sındırıblar. Cücə artırmaq üçün aldığımız inkubatoru yararsız hala salıblar, onun içindəki yumurtaları məhv ediblər, bir neçə cücə də tələ folub. Bu adamların törətdiyi əməllər nəticəsində bizə təxminən 2500-3000 manat civarında zərər dəyib”.

Bunu Sumqayıt şəhər 16-cı mikrorayon, ev 7, mənzil 10-da yaşayan Zemfira Məmmədova şikayətində yazır. O, Prezident İlham Əliyev, vitse-prezident Mehriban Əliyevaya, Daxili İşlər naziri Ramil Usubova, Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevə və Ombudsman Elmira Süleymanovaya müraciət edib. Şikayətçi müraciətin bir surətini də 24saat.org saytının redaksiyasına yollayıb.

Şikayətçi yazır: “Cənab Prezident, hörmətli Mehriban xanım, mənim 73 yaşım var. Bir neçə ildir ki, onkoloji xəstəyəm. Sumqayıt şəhərində “Qurd dərəsi” adlanan ərazidə xırda təsərrüfat sahəmiz var. Orda toyuq-cücə saxlamaqla birtəhər dolanırıq. Həmin təsərrüfat sahəsi 10 ildən çoxdur ki, fəaliyyət göstərir.Yerli bələdiyyə ilə 12 illik müqaviləmiz var. Digər tərəfdən, təsəsrrüfat sahəmiz dəmir yolunun kənarda yerləşdiyi üçün həmin əraziyə “Azərbaycan Dəmir Yolları” QSC nəzarət edir.Yəni, qanunsuz tikinti işləri aparılırsa, bununla bağlı dəmir yolunun işçiləri qanunamüvafiq qaydada tədbir görür. Nazirlər Kabinetinin 2005-ci il 23 fevral 33 saylı qərarında da dəmir yolunun kənarındakı torpaqların “Azərbaycan Dəmir Yolları” QSC-yə aid olduğu qeyd edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Uzun illər əvvəl orada özümüz üçün daldanacaq da tikmişik. Həmin ərazidəki təsərrüfat sahələrində də bu tip daxmalar var. Biz illərdir ki, işıq, qaz, su pulu ödəyirik. Hətta elələri var ki, yaşayış yeri olmadığına görə ev də tikib. Sağ olsun hökumət, insanların imkansızlığını nəzərə alaraq digər sənədsiz evlər kimi bu evlərin də sökülməsini təxirə salıb. Biz isə bir daha qeyd edirəm ki, ev yox, sadəcə daldanacaq tikmişik. Bu günlərdə həmin tikilinin damı yararsız vəziyyətə düşdüyü üçün xırda təmir işləri aparmışıq. Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsi də sanki bunu gözləyirmiş”.

Şikayətçi bildirir ki, ifarənin əməkdaşlarını hücum edərək, onlara külli-miqdarda ziyan vurub. O qeyd edir ki, həmin vaxt təsərrüfat sahəsində olmayıblar. Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin əməkdaşları da bundan istifadə edib. Zemfira Dostməmmədova onların bu addımının səbəbini belə izah edir:

“Qonşular bu adamlara qanunsuz əməllərinə son qoymalarını, söküntü işlərinin bu cür aparılmadığını, bunun üçün bağ sahibinə məlumat verməli olduqlarını xatırlatsalar da, bu şəxslər tərəfindən hədə və təhdidlərə məruz qalıblar.

Eyni zamanda, bu addımlarının səbəbini də deyiblər: “Bizə pul versin”. Sən demə, 3 dənə şiferə görə mən bu adamlara pul verməliymişəm. Deməli, rüşvət versəydim, orada nə istəsəm tikə bilərdim.

Cənab Prezident, hörmətli Mehriban xanım, söküntü işləri müvafiq qanun və qaydalarla həyata keçirilir. Əgər bu adamlar qanuni iş görürdülərsə, o zaman əraziyə hüquq-mühafizə orqanları ilə gəlməliydilər. Lakin bu adamlar da fərqindədir ki, qanunsuz iş görürlər, ona görə də əraziyə polislə yox, qoçu dəstəsi ilə gəliblər.

Cənab Prezident, hörmətli Mehriban xanım, mən sizə bir ağbirçək ana kimi müraciət edirəm. Mənim bu təsərrüfat sahəsindən başqa dolanışıq yerim yoxdur. Xəstəliyimlə əlaqədar banklara külli miqdarda borcumuz yaranıb. Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu məsələni nəzaraətə götürəsiniz, araşdırılması üçün müvafiq qurumlara tapşırıq verəsiniz. Ümidim yalnız Sizədir”.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button