2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏSosial

Sumqayıtda marşrut qalmaqalı – Zakir Fərəcovdan şikayət

Bir müddətdir ki, Sumqayıtda marşrut qalmaqalı yaşanır. Az24saat.org xəbər verir ki, qalmaqalın kökündə naməlum səbəbdən Sumqayıt -Saray- Bakı istiqamətində fəaliyyət göstərən 501 saylı marşrut xəttinin bağlanmasıdır.
Sözügedən xəttin sahibi “Amal-D” şirkətinin direktor müavini Pənah Quliyev az24saat.org-a açıqlamasında bildirib ki, marşrutun bağlanması göstərişini Sumqayıtın icra başçısı Zakir Fərəcov verib. “Bizim lisenziyamız da var, avtobuslar da texniki baxışdan keçib. Yəni, heç bir problem yoxdur. Problem yalnız Zakir Fərəcovun tələblərini ödəyə bilməməyimizdir”, – deyə sahibkar əlavə edib.

Pənah Quliyevin sözlərinə görə, Zakir Fərəcov Dövlət Yol Polisinin Sumqayıt şəhər İdarəsinə göstəriş verib. Həmin göstəriş əsasında da yol polisi həmin marşrut xəttində işləyən avtobusların üçünü Nəqliyyat Departamentinin həyətinə aparıb. Sahibkar deyir ki, bu hadisədən sonra şirkət qalan 17 avtobusu qarajda saxlamağa məcbur olub. “Zakir Fərəcov nə istəyir, onu da eləyir. Qaydalar, əhalinin durumu, onların nəqliyyat sahəsində əziyyət çəkməsi onu maraqlandırmır. Sanki Sumqayıtda dövlətin qanunları yox, Zakir Fərəcovun öz qanunları işləyir”, – deyə Pənah Quliyev vurğulayıb.
İcra başçısının tələbinə gəlincə, sahibkar deyir ki, bu məsələ əksər iş adamlarına bəllidir:
“Zakir Fərəcov öz maraqlarına görə dəfələrlə şirkət rəhbərlərini sıxışdırıb. Bu gün də eyni mövqedədir. Bizim rəhbərlik etdiyimiz “Amal-D” şirkətinin 20-yə yaxın avtobusu vətəndaşların gediş-gəlişini tənzimləyir. Həmin xətdə 501 saylı marşrutda “Hyundai” markalı avtobuslar işləyir, onlar oturacaqlar dolandan sonra sərnişin götürə bilmirlər. Çünki oturacaqlar o qədər sıxdır. “Amal-D” şirkətinə məxsus “Daewoo” markalı avtobusların ümumi tutumu 37 nəfərdir. Oturacaq sıralarındakı ara geniş olduğu üçün yoldakı dayanacaqlardan da sərnişin götürə bilir. Bizim marşrut xəttinin bağlanması sərnişinlərə çox ciddi problem yaradıb. Saray sakinləri Xırdalana gedir, oradan daha bir avtobusa minib Bakıya çatırlar. Eyni cür də qayıdırlar. Yaxud da taksilərdən istifadə etmək məcburiyyətində qalırlar. Saray qəsəbəsinin 30 mindən çox əhalisi var. Bu qədər adam Zakir Fərəcovun maraqlarının qurbanına çevrilib. Onun maraqlarına tabe olmaq istəməyən iş adamlarının fəaliyyətinə imkan vermir”.

İş adamı prezident İlham Əliyevə, onun xanımı, birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, məmur özbaşınalığının qarşısının alınması üçün onlardan kömək istəyir. O həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə, Baş nazir Artur Rəsizadəyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə də teleqramlar göndərib.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz dövlət orqanlarından müraciətlərimizə cavab gözləyirik. İş kritik həddə çatıb. Əgər problem həllini tapmasa, sərnişinlərin, sahibkarların maraqları Zakir Fərəcova qurban verilsə, şirkətin rəhbəri Dönməz Məmmədov intihara əl atacaq. Çünki başqa yol qoymurlar”, – Pənah Quliyev bildirib.

Pənah Quliyev bundan öncə də fəaəliyyətinə yaradılan maneələrə etiraz olaraq, aclıq aksiyası keçirib, hətta bir dəfə özünü yandırmağa cəhd göstərib.
Az24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button