2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSosial

Sumqayıtda “Paşa Holdinq”ə məxsus fabrik bağlandı – İŞLƏTMƏYƏ PAMBIQLARI ÇATMADI

Sumqayıtda fəaliyyət göstərən “İntertekstil” fabriki fəaliyyətini dayandırıb. Bu barədə 24saat.org-a fabrikin işçiləri məlumat verib. Məlumata görə, ötən ayın 25-dən işçilər öz hesablarına məzuniyyətə göndərilib, fabrikin qapılarına qıfıl vurulub. Maraqlıdır ki, fabrikin fəaliyyətinin dayandırılması pambığın olmaması ilə izah edilib. “Dedilər ki, pambıq yoxdur, buna görə də fabrik fəaliyyətini dayandırır”, – deyə işçilər bildirib.

Rəsmi təbliğata görə Azərbaycanda pambıqçılıq inkişaf etməkdədir. Hökumətin nəzarətində olan mediada müxtəlif rayonlarda tonlarla pambıq yığıldığı barədə məlumatlar verilir. Bu halda “İntertekstil”in pambıq qıtlığına görə fəaliyyətini dayandırması təəccüb doğurur. Görünür, ya hökumətin pambıqçılığın inkişafı barədə dedikləri sadəcə təbliğat üçündür, yaxud da “İntertekstil” fabrikinin fəaliyyətini dayandırması başqa səbəblə bağlıdır.

Məlumat üçün deyək ki, Sumqayıtda fəaliyyət göstərən sözügedən fabrik Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin biznes imperiyasına daxil olub. “Kredit qalmaqalı”na görə bu fabrikin rəhbərliyi də həbs olunmuşdu. Bildirilirdi ki, fabrikin rəhbərliyi işçilərin adına külli miqdarda kredit götürərək mənimsəyib. Lakin sonradan fabrikin direktoru Şakir Musayev azadlıqa buraxıldı.

Saytların yığılması Saytlarin yigilmasi

Bəzi məlumatlara görə, “İntertekstil” artıq “Paşa Holdinq”in tərkibinə keçib. Ehtimal olunur ki, fabrikin bağlanmasının səbəbi budur.

Mümkündür ki, “Paşa Holdinq” fabrikin profilini dəyişdirmək niyyətindədir. Yaxud da sadəcə komanda dəyişdirilir.

Sonda qeyd edək ki, fabrikin bağlanması nəticəsində təxminən 400 nəfər işsiz qalıb.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button