2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Sumqayıtda “pişik müharibəsi” – 400 manat cərimə olundu

Sumqayıtda 75 yaşlı qadın pişiklərə yem verdiyi üçün cərimələnib.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən S.Hacıyeva barəsində protokol tərtib olunub.

Belə ki, qonşular S.Hacıyevanın yaşadığı məhəllədə 100-ə yaxın pişik saxladığını, buna görə də antisanitar vəziyyət yarandığını bildiriblər. Onlar qadına irad tutaraq təhqir ediblər. Bununla bağlı S.Hacıyeva polis bölməsinə şikayət edib, lakin onun şikayəti icraata götürülməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan başqa qadın barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) ilə protokol tərtib olunub.

Qeyd edək ki, müddəanın tələblərinə əsasən fiziki şəxslər 200 manatdan 400 manatadək cərimə olunur.

24 saat” “Sumqayıtda “pişik müharibəsi” – 400 manat cərimə olundu” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button