2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Sumqayıtda tibbi «vaveyla»

Həkimlərə 3 gün möhlət verildi

Sumqayıtdan bir tibb işçisi bizə şikayət yollayıb. Bəllli olur ki, Sumqayıt səhiyyə sistemi üzərinə «haqq qoyulub». Tələb edilən məbləğ bütün xəstəxanalarda toplanır və Beynəlxalq Bankdakı bir hesaba köçürülməlidir. Bizə daxil olan xəbərdə səhiyyə müəssisələri üzərinə qoyulan xəracın məbləği də aydın təsvir edilib. Sumqayıtdakı hər bir xəstəxanadan 50 min manat, hər bir poliklinikadan isə 15 min manat, təcili tibi yardım stansiyasından 20 min manat tələb olunur. Müəssisələrin daxilində isə bu xərac proporsional qaydada bölünür.

Saytların yığılması Saytlarin yigilmasi

1. Baş həkimlər- 5 min manat.
2. Şöbə müdirləri- 500- 1000 manat.
3. Cərrahlar – 400-700 manat
4. sadə həkimlər- 200 manat
5. böyük tibb bacıları- 100 manat
6. tibb bacıları- 50 manat.
7. Sanitarlar- 30 manat.
8. Laboratoriya, EKQ, USM, rentgen və digər funksional kabinetlər 1000 manat.

Bu cədvəl üzrə 3 iş günü ərzində ödəməkdən imtina edənləri işdən çıxarmaqla hədələyirlər.
Bu gün bazar günüdür, ona görə də xəbəri rəsmi orqanlarla dəqiqləşdirmək mümkün olmadı. Sabah dəqiqləşdirməyə çalışacağıq.

Şikayətçi bizə müraciət edərək bu prosesə qarşı necə etiraz etmək barədə məsləhət istəyirdi. Biz də ona məsəhət gördük ki, kütləvi şəkildə imtina edin.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button