2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Sumqayıtdakı doğum evində ana və balanı görün nə günə saldılar? — TƏFƏRRÜAT

Sumqayıt şəhər sakini Fərqan Əliyev Redaksiyaya müraciət edərək Sumqayıt şəhər 1 saylı doğum evində həkimlərin səhlənkarlığı nəticəsində həyat yoldaşının başına gətirilənlər barədə məlumat verib.

Vətəndaş bildirir ki, həyat yoldaşı ağır vəziyyətə düşüb və həyatına təhlükə var. Onun sözlərinə görə, həyat yoldaşını Sumqayıt şəhər 1 saylı doğum evinə yerləşdiriblər. Normal doğuş üçün qəbul olunan xəstəni doğuş edə bilmədiyini əsas gətirərək, qeysəriyyə yolu ilə əməliyyat ediblər. Yenicə dünyaya gələn övladının mikroblu olduğunu bildirərək, uşağa ağır antibiotiklər təyin ediblər. Hər hansı hərarəti olmayan və normal qidalanan uşağı müalicə adı ilə 5 gün xəstəxanada saxladıqdan sonra məlum olub ki, ananın da vəziyyəti yaxşı deyil.

Doğuşdan sonra bunun normal olduğunu və qan itirdiyini bildirərək anaya 3 dəfə qan köçürülüb və antibiotiklər təyin edilib. Səbəb olaraq isə əməliyyat sonrası bunun normal olduğu bildirilib. 8 gündən sonra evə buraxılan ananın vəziyyəti kəskinləşib. Respublika Mərkəzi xəstəxanasında müayinə edilən ananın əməliyyat zamanı mikroba yoluxduğu məlum olub. Eyni zamanda aparılan müalicələrin heç bir təsirinin olmaması ilə yanaşı bədəndə ağırlaşma yaradıb.

Saytların yığılması Saytlarin yigilmasi

Fərqan Əliyev bildirir ki, Sumqayıt şəhəri 1 saylı doğum evindən Mərkəzi Respublika Xəstəxanasına göndəriş almaq istəsə də, bunu verməyiblər və məsuliyyətdən yayınıblar. Şikayətçi qeyd edir ki, bu gün səhər yenidən xəstəxanadan zəng vuraraq xəstəni gətirəcəyi təqdirdə göndəriş vermək mümkün olduğunu bildiriblər. Ananın vəziyyətinin ağır olduğunu və artıq Mərkəzi Respublika xəstəxanasına yerləşdirildiyini bildirən şikayətçi deyir ki, yenidən həmin doğum evinə qayıtmağa qorxur.

“Təsəvvür edin 5 gün baxımsız vəziyyətdə qalan yoldaşıma qızdırması 40 olduğu halda adi hərarətdüşürücü tapıb vurmayıblar. 5 gündən sonra xəstəxanada etiraz edəndən sonra yenidən ananı reanimasiya şöbəsinə yerləşdirdilər. 2 gün orda qaldıqdan sonra evə buraxdılar. Yenidən müayinə ediləndə isə əməliyyat zamanı mikrob düşdüyü aşkarlandı. Bu cavab isə Sumqayıt 1 saylı doğum evinin həkimlərini qane etmir və deyirlər ki, heç bir problem ola bilməz. İndi mən necə yenidən bunlara etibar edə bilərəm?”

Hazırda ananın durumu ağır olaraq qalır. Vətəndaş bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirir. Eyni zamanda Səhiyyə Nazirliyindən bu məsələni araşdırmağı tələb edir.(Ölkə.Az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button