2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Süni qiymət artımını kimlər yaradır?

Nemət Əliyev: “Mərkəzi Bank  qiymət artımına  stimul verir”

İqtisadiyyat naziri Şahin Mustafayev  istehlak bazarında aparılan monitorinqlərin əhatə dairəsinin genişləndiyini bildirib.  Nazir deyib ki,  təmsil etdiyi qurum süni qiymət artımının qarşısını alaraq bu istiqamətdə bütün zəruri addımları atacaq.

Saytların yığılması Saytlarin yigilmasi

İqtisadçı ekspert Nemət Əliyev deyir ki, monopolistlər, yüksək vəzifəli məmurlar öz qulluq mövqelərindən sui-istifadə edərək süni qiymət artımına səbəb olurlar. Ekspert onların iqtisadi strukturlar yaradaraq özləri üçün  imperiyalar təşkil etdiyini deyir:

“Onlar yalnız bu yolla külli miqdarda gəlir əldə edirlər. Çünki başqa cür etməyə qabiliyyətləri yoxdur. Yolkəsənliklə məşğul olan bu adamlar qiymət artımı hesabına ciblərini doldururlar. Nazirlik səviyyəsində süni qiymət artımının açıqlanmasını illərdir eşidirik. Lakin problem çözülmür.  Yada salaq, yumurtanın qiyməti 7 qəpiyə endi və 2-3 gün içində 13 qəpiyə qalxdı. Bu artıma  hansı iqtisadi səbəb vardı?!. İnsanların gözündən pərdə asmaq üçün belə açıqlamalar verilir.  Qiymət artımına qarşı real nəticəyə ümid azdır”.

N.Əliyev süni  qiymət artımına Mərkəzi Bankın  stimul verdiyini deyir. Ekspertə görə,   manatın dəyərdən salınması   idxal mallarının artmasına gətirib.  Problemdən çıxış yolu isə rəqabət üçün bərabər şərait yaradılması, normal qanunvericiliyin işləməsi və digər əməli tədbirlər ola bilər. Əks halda, bu yöndə hansısa müsbət nəticə əldə etmək mümkün deyil.

Nigar

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button