Loading...
Loading...
Texnologiya

Süni zəka 6 saat ərzində 40 000 növ yeni kimyəvi silah ixtira edib

    ABŞ-ın Collaborations Pharmaceuticals adlı əczaçılıq şirkəti yeni dərman preparatlarının axtarışı üçün nəzərdə tutulmuş neyron şəbəkəsini qəddarlıq rejimində işə salıb və bununla da şirkət sübut etmək istəyib ki, süni zəka texnologiyasını insanlara qarşı istifadə etmək çox asandır. Bu təcrübə çərçivəsində neyron şəbəkəsinin hansı sürətlə 40.000 növ yeni potensial kimyəvi silah ixtira etməsindən şirkət mütəxəssisləri heyrətə gəliblər. Süni zəka sisteminin kimyəvi silahları ixtira etməsi üçün Collaborations Pharmaceuticals şirkətinin mühəndisləri sadəcə olaraq süni zəkanın çalışma metodikasını dəyişdiriblər. Nəticədə alqoritmlər toksik kimyəvi birləşmələrdən yan keçmək əvəzinə onların axtarışlarına çıxıblar. Əldə edilmiş kimyəvi birləşmələrdən bəziləri təsir göstəricilərinə görə VX qazına bənzəyiblər. Qeyd etmək lazımdır ki, VX qazı döyüşlər üçün nəzərdə tutulmuş ən toksik zəhərli maddədir.

    Şirkətin baş elmi əməkdaşı olan Fabio Urbina-nın sözlərinə əsasən dərman preparatlarının süni zəka vasitəsilə yaradılması metodikasında dəyişikliyin edilməsi ideyası onlara Convergence adlı konfransda iştirak etmələrindən sonra gəlib. Bu konfrans İsveçrə Federal Nüvə, Bioloji və Kimyəvi Müdafiə İnstitutu tərəfindən keçirilir. Tədbirin əsas məqsədi Kimyəvi və Bioloji Silahlar Konvensiyasını əhatə edən yeni böyük ixtiralar barəsində məlumatları ictimaiyyətə çatdırmaqdır. Collaborations Pharmaceuticals şirkəti tərəfindən işə salınmış süni zəka modeli uzun illər ərzində aparılmış tədqiqatlar çərçivəsində molekulyar strukturlar və onların toksiklikləri üzrə yığılmış məlumatlar bazası əsasında təlimatlandırılıb.

    Bu cür modelə yeni molekulları təqdim etmək kifayət edir ki, o onların toksikliklərini təyin edə bilsin. Bu cür texnologiya kimyəvi birləşmələri tez bir zamanda növlərə ayırmağa imkan verir. Collaborations Pharmaceuticals şirkətinin mütəxəssisləri bu üsulu sadəcə olaraq əks istiqamətə çeviriblər. Süni zəkanın digər əsas elementi isə generativ modellər olub. Həmin generativ modellərə çoxlu sayda müxtəlif molekulları daxil etməklə alimlər arzuolunan özəlliklərə sahib yeni mümkün molekulların siyahısını əldə edirlər. Bu halda mütəxəssislərin əsas məqsədlləri məhz toksiklik olub.

    Alimlər süni zəka tərəfindən əldə edilmiş 40.000 növ kimyəvi birləşmənin xassələrini təsdiqləmək niyyətində deyillər. Lakin onlar güman edirlər ki, bu cür sayda olan birləşmələr arasında çox güman ki, yüksək təsir gücünə sahib molekullar mövcuddurlar. Onlardan bəziləri VX qazına və ya döyüşlər üçün nəzərdə tutulmuş digər zəhərli maddələrə bənzəyiblər. “Məni ən çox narahat edən prosesin sadəliyidir. Bizim istifadə etdiyimiz bir çox şeyi pulsuz şəkildə əldə etmək olar. Toksiklik barədə məlumatları istənilən yerdə axtarıb yükləmək olar. Əgər sizin Python proqramlaşdırma dilində kod yaza bilən və machine learning-dən anlayışı olan tanışınız varsa, siz toksiklik üzrə məlumatlar əsasında bir neçə günə bu cür generativ model yarada bilərsiniz” – deyə Fabio Urbina qeyd edib.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button