Bizim tərcümə

Superliqadan 19 futbolçu mundialda meydana çıxacaq

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-11-14 22:27:52

Noyabrın 20-dən dekabrın 18-dək Qətərin ev sahibliyi ilə keçiriləcək futbol üzrə dünya çempionatında mübarizə aparacaq ölkələr heyətlərini açıqlayıb. Bu böyük turnirdə Spor Toto Super Liqada çıxış edən bir çox adlar da meydana çıxacaq. Superliqadan 9 komanda turnirə futbolçu göndərdiyi halda, bu siyahıya 13 fərqli ölkədən futbolçular daxildir.

2022-ci il dünya çempionatına oyunçu göndərən komandalar və onların adları belədir:

Saytların yığılması Saytlarin yigilmasi

Fənərbaxça: Mişi Batşuayi (Belçika), Enner Valensiya (Ekvador)
Qalatasaray: Fernando Muslera, Lukas Torreyra (Uruqvay), Dris Mertens (Belçika), Haris Seferoviç (İsveçrə), Viktor Nelsson (Danimarka)
Beşiktaş: Atiba Hatçinson (Kanada), Vout Veqorst (Hollandiya), Kevin N’Koudou (Kamerun), Romain Saiss (Mərakeş)
Trabzonspor: M. Qomez (Uruqvay), Yens Larsen (Danimarka)
Kayserispor: Məcid Hüseyni, Əli Kərimi (İran)
Konyaspor: Fransisko Kalvo (Kosta Rika)
Antalyaspor: Hacı Rayt (ABŞ)
Alanyaspor: Famara Diedhiou (Seneqal)
Hatayspor: Samuel Adekuqbe (Kanada)

Qətərdə də tanış adlar var

Bir müddət Super Liqada çıxış edən ulduz adlar da Qətərdə ölkələrinin uğuru üçün tər tökəcək. Bu adlar arasında “Fənərbaxça”nın keçmiş futbolçuları Simon Kjaer, Kim Min-Jae, Vincent Janssen, Andre Ayew, Beşiktaşın keçmiş futbolçuları Vinsent Aboubakar, Domagoj Vida, Pepe və Cyle Larin də var.

Turnirdə “Trabzonspor”un sabiq hücumçusu Andreas Kornelius, “Sivasspor”un sabiq futbolçuları Milan Borjan və Qrosiçki də iştirak edəcək.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button